Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Yasamalda tutulan falçı qadının qeyri-adi bəhanəsi

Noyabr 24
19:25 2014

Yasamal rayonunda dələduzluqda təqsirləndirilən qadın saxlanılıb.“Sələf Xəbər”- in Qaynar.info-ə istinadən məlumatına görə, rayon sakini Elmir Quliyev Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu polis bölməsinə müraciət edərək bildirib ki, o, işdə olan zaman evlərinə gələn dilənçi qadın həyat yoldaşına kimsəsiz uşaqlar üçün pul yığdığını söyləyib.

Dərhal araşdırmaya başlayan bölmənin əməkdaşları dələduzluqda şübhəli bilinən Beyləqan rayon sakini, 35 yaşlı Vüsalə Səfiyevanı saxlayıb.

Təhqiqatçı İbrahim Məmmədovun sözlərinə görə, Vüsalə Səfiyeva özünü Könül kimi təqdim edərək dələduzluq edib: “Vüsalə ev sahibinə bildirib ki, ağırlıq hiss edir, bu yaxınlarda onun başına pis işlər gələcək. Nə iş gələcəyini soruşanda deyib ki, övladı ölə bilər, həyat yoldaşı isə onu atacaq. Evin xanımını razı salan dələduz ondan 2 ədəd üzük və geyim əşyaları götürüb”.

Vüsalə Səfiyeva həmin əşyaları Quba məzarlığında basdıracağını və evin xanımı Fidan Quliyevaya edilən cadunu aradan götürəcəyini bildirir. Bundan sonra hadisəni Fidan Quliyevanın həyat yoldaşı bilib polisə xəbər verib. O, bu yolla zərərçəkənlərin ailəsinə 3500 manata qədər maddi ziyan vurub.

Vüsalə Səfiyeva öz hərəkətini belə izah edir: “Niyyət etmişdim, övladımın xəstəliyinə görə 12 qapıdan nəzir götürəcəkdim. 4-5 qapıya dəymişəm. Sonra bu qapıya gəldim. Bunlarla da tanış çıxmışıq. Yəqin sizin də övladınız var. Məni başa düşərsiniz”.

 Sələf Xəbər: Uca Allah buyurur: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır.” (Qurani Kərim, “Bəqərə” surəsi, 155-157-ci ayələr)

“Uca Allah bildirir ki, Onun qulları mütləq sınaqlara məruz qalacaqlar və bunun sayəsində doğruçu insanlar yalançılardan, səbirsizlər isə səbirlilərdən fərqlənəcəklər. Uca Allah qulları ilə həmişə belə davranır, çünki möminlər uzun müddət imtahana çəkilmədikdə, onlara yalançılar qoşulmağa başlayır ki, bu da xoşagəlməz nəticələrə aparır. Bax buna görə Allahın müdrikliyi tələb edir ki, iman sahibləri yaramazlardan ayrılsınlar və sınaqların böyük faydası da elə bundadır. Sınaqlar möminlərin imanına xələl gətirmir və əsil müsəlmanları onların dinindən döndərmir və bununla Allah möminlərin imanının yox olmasına heç vaxt imkan vermir”.
Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər