Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Yeni metro qatarları – Metropolitendən Açıqlama

İyun 29
16:23 2015

“Bakı Metropoliteni” bu gündən iş qrafikini dəyişib.

“Sələf Xəbər”in AzVision.az-a istinadən məlumatına görə, Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, iş qrafikinin uzadılması Avropa Oyunları ilə bağlı idi.

Onun sözlərinə görə, 12-28 iyun tarixləri arasında “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışıb: “Olimpiya stadionu metronun “Koroğlu” stansiyasına yaxın olduğu üçün qonaqları qəbul edib, mənzil başına çatdırmaq üçün iş qrafikini uzatmışdıq. Gecə saat 1 radələrinə kimi işləyirdik. Çünki bəzi arenalarda yarışlar gec bitirdi. Eyni zamanda oradakı təşkilatçılar, eləcə də mətbuat nümayəndələri də yarışları işıqlandırdıqlarından gecə saatlarında da işləyirdilər. Ona görə də metropoliten gücləndirilmiş rejimdə işləyirdi”.

QSC sözçüsü onu da bildirib ki, artıq Avropa Oyunları bitdiyi üçün Bakı metrosu əvvəlki iş qrafikinə keçib.

N. Paşayevin sözlərinə görə, metro bu gündən etibarən saat 6:00-dan 12:00-a kimi işləycək.

Metro stansiyalarında Avropa Oyunları ilə bağlı xəbərdarlıqların yığışdırılacağını deyən N.Paşayev vurğulayıb ki, qatarlarda ingilis dilində anonslar isə saxlanılacaq: “Xəttə buraxılan yeni qatarlar işləyəcək. Hər bir qatarın öz marşurutu, öz işləmə saatı var. Digər qatarlar kimi yeni qatarlar da öz qrafikinə uyğun işləyəcək, yığışdırılmayacaq”.

Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)

Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar. Allah bu ixtiraları adbaad sadalamır, çünki Müqəddəs Kitabda Allahın qullarına məlum olan əşyaların adları çəkilmişdir ki, onları mövcud olan digər oxşar əşyalarla müqayisə etmək mümkündür. Əgər Quranda bu Kitab nazil edilən zaman hələ mövcud olmayan şeylərin adı xatırlansaydı və insanlar o uzaq zamanlarda belə şeylərin bənzərini görməmiş olsaydılar, onda onlar o şeylərin heç mahiyyətini belə dərk edə bilməzdilər. Buna görə Allah ayəni geniş məna ilə nazil etmişdir ki, o, bütün məlum olan və ya naməlum məxluqları əhatə edə bilsin”.

Digər xəbərlər