Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Yeni sürücülük vəsiqələrinin verilməsinə başlanıldı

Yanvar 11
17:14 2017

Sürücülük vəsiqəsinin verilməsi ilə bağlı “Yol hərəkəti haqqında” qanuna edilən əlavələr və dəyişikliklər artıq tətbiq olunur. Belə ki, sürücülər öz istəklərinə uyğun olaraq avtomat ötürücü qutusu olan nəqliyyat vasitələrini idarə etmək üçün nəzərdə tutulan sürücülük vəsiqəsi ala bilərlər.

Selefxeber.az xəbər verir ki, bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumata görə, hətta bir neçə ay əvvəl nəzəri imtahan verən, lakin təcrübə imtahanından keçə bilməyənlər də rəsmi qaydada Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edərək təcrübə imtahanını avtomat ötürücü qutusu olan avtonəqliyyat vasitəsilə verə bilər. Bunun üçün imtahandan bir neçə gün əvvəl rəsmi qaydada müraciət etmək lazımdır. DYP imtahanın günü və vaxtı barədə vətəndaşa məlumat verəndən sonra imtahana qatılmaq olar. Lakin DYP həmin şəxslərin nəzərinə bir daha çatdırır ki, bu tipli sürücülük vəsiqəsi alanlar gələcəkdə mexaniki ötürücü qutusu olan nəqliyyat vasitəsini idarə edə bilməzlər. İdarə etsələr, onları 100 manat cərimə gözləyir.

Avtomat ötürücü qutusu olan nəqliyyat vasitələrini idarə etmək üçün imtahan verənlər, imtahandan uğurla keçdikdə onlara adi qaydada sürücülük vəsiqəsi verilir. Lakin bu vəsiqənin “Xüsusi qeydlər” bölməsində “avtomat t/r” sözləri yazılır. Bu isə o deməkdir ki, bu vəsiqə ilə yalnız avtomat transmissiyalı nəqliyyat vasitəsini idarə etməyə icazə verilir.

Digər xəbərlər