Yersiz siqnal verənləri cəza gözləyir
692 dəfə baxılıb
Yersiz və vaxtsız necə gəldi, harda gəldi siqnal verən sürücülərdən danışacağıq. Həmin sürücülər başa düşsəydi ki, bu siqnal salam, ya da nəyəsə etiraz etmək üçün deyil, həyətdə dayanıb kimisə çağırmaq üçün deyil, onda Bakı bu səs-küydən xilas olardı.
“Sələf Xəbər” bildirir ki, Xəzər Xəbər siqnaldan qanuni istifadə qaydaları və bu sahədə olan çatışmazlıqları araşdırıb.
Lazım gəldi, gəlmədi hər yerdə siqnal verirlər. Bu həm digər sürücüləri, həm də həmin ərazidə yaşayanları narahat edir. Hətta bəzən gecəyarısı olmasına belə baxmırlar. Piyadalar, eləcə də bəzi sürücülər yersiz siqnal verməyi ədəbsizlik və cəmiyyətə qarşı hörmətsizlik hesab edirlər…
Bəs əslində sürücülər siqnaldan hansı hallarda istifadə edə bilərlər? Yəni bu 2 hal istisna olmaqla sürücülərin bəzən salamlaşmaq, bəzən bir-birinə təşəkkür mənasında və ya bütün digər hallarda siqnaldan istifadəsi qanunsuzdur və inzibati xətadır.
Siqnallarla bağlı gözardı edilən ən önəmli məqamlardan biri də paytaxtda “siqnal vermək qadağandır” yol hərəkət nişanlarının sayının çox az olmasıdır. Bu nişan xəstəxana və məktəblərin qarşısında qoyulmalı olsa da müşahidə zamanı bunu görə bilmədik.
Ekspertlər bildirir ki, siqnaldan yersiz istifadəni azaltmaq üçün belə sürücülərə qarşı reydlərin keçirilməsi və maarifləndirmə tədbirlərinin gücləndirilməsi zəruridir.
Sələf Xəbər: Şeyx İbn Bəzin (Allah ona rəhmət etsin) başçılığı ilə Fətvalar üzrə daimi komitə fətva vermişdir:
“Yol hərəkəti qaydalarını pozmaq qadağandır, çünki bu qaydalar müsəlmanların xeyrinə qoyulub. Bu qaydaları, həmçinin ona görə pozmaq olmaz ki, bu əməldə rəhbərə asi olmaq vardır, halbuki, Allah bizə Özünün qadağan etmədiyi şeylərdə rəhbərə tabe olmağı əmr edib. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə (şəriətə uyğun şəkildə itaət edin)”. (Qurani-Kərim, “Nisa” surəsi, 59-cu ayə)
Bu qaydalara əməl etməməkdə günah olduğu kimi, Allahın razılığı üçün əməl etməkdə heç şübhəsiz ki, savab vardır!
Uca Allah bizləri xeyrə müvəffəq etsin! Amin!