Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Yol Polisi əhaliyə və sürücülərə müraciət edib

Yanvar 26
16:33 2016

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi buzlu və şaxtalı hava şəraiti ilə əlaqədar əhaliyə, avtomobil sürücülərinə və sahiblərinə müraciət edib.

“Sələf Xəbər”in Trend-ə istinadən məlumatına görə, Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, hava şəraitindən asılı olmayaraq, dövlət nömrə nişanları təmiz saxlanılmalı, işıq cihazlarının görünməsi təmin edilməlidir: “Əks halda sürücülüər inzibati qaydada məsuliyyətə cəlb edilir. Belə hava şəraitində peşəkar, avtomobil idarə etməyə uyğunlaşan sürücülərin avtomobil idarə etməsinə şərait yaradılmalıdır. Ən yaxşı halda isə şəxsi avtomobildən istifadədən imtina etməli və ictimain nəqliyyatdan istifadəyə üstünlük verilməlidir”.

V.Əsədov bildirib ki, belə hava şəraitində sürət həddi minimuma endirilməli, ara məsafəsi normadan artıq saxlanılmalıdır: “Sürücülər əyləc sistemindən istifadə etmənin avtomobilin sürüşmə ehtimalının artırdığını yadda saxlamalıdırlar”.

Bölmə rəisi deyib ki, bu günlərdə yalnız texniki cəhətdən saz olan avtomobillərdən istifadəyə üstünlük verilməlidir: “Unutmaq olmaz ki, istismar müddəti bitmiş, isitmə sistemi olmayan və soyutma sistemi su ilə təchiz edilən nəqliyyat vasitələrindən belə hava şəraitində istifadə edilməsi çox təhlükəlidir. Ona görə də bir daha xahiş edirik ki, sürücülər bunu nəzərə alıb ən azından özlərinin təhlükəsizliyi naminə bu deyilənləri yerinə yetirsinlər”.

V.Əsədov eyni zamanda, piyadalara da müraciət edib: “Belə hava şəraitində piyadalar yolların sürüşkən olduğunu nəzərə alıb diqqətli olmalıdırlar. Ancaq təyin edilmiş ərazilər üzrə, yəni yeraltı və yerüstü piyada keçidləri ilə hərəkət etsinlər”.

Sələf Xəbər: Şeyx ibn Bəzin (Allah ona rəhmət etsin) başçılığı ilə Fətvalar üzrə daimi komitə fətva vermişdir:
“Yol hərəkəti qaydalarını pozmaq qadağandır, çünki bu qaydalar müsəlmanların xeyrinə qoyulub. Bu qaydaları, həmçinin ona görə pozmaq olmaz ki, bu əməldə rəhbərə asi olmaq vardır, halbuki Allah bizə Özünün qadağan etmədiyi şeylərdə rəhbərə tabe olmağı əmr edib. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə (şəriətə uyğun şəkildə itaət edin)”. (Qurani-Kərim, “Nisa” surəsi, 59-cu ayə)

Digər xəbərlər