Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Yol Polisi həyəcan təbili çalır – yollarda diqqətli olun!

Avqust 17
16:06 2016

Bakı şəhərinin inzibati ərazisində baş verən yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, ümumi hadisələrin yarıdan çoxunu piyadavurmalar təşkil edir.

Selefxeber.az-ın Milli.az-a istinadən xəbərinə görə DİN-in Bakı Şəhər BPİ DYPİ-nin İctimai əlaqələr bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov qeyd edib ki, ötən müddət ərzində sürət həddinin aşılması nəticəsində baş verən qəzaların sayı 42 faizə enibsə, piyadavurma hadisələrinin sayı artaraq 57 faizə çatıb:

“Qeyd edim ki, əvvəllər, piyadavurma ümumi hadisələrin təxminən 50-51 faizini təşkil edirdi. Aparılan təhlillər göstərir ki, bu il yol hərəkəti qaydalarının daha çox məhz piyadalar tərəfindən pozulduğu qeydə alınıb. Qanun və qaydalara hörmət etməyən, yollarda özbaşınalıq edən piyadaların çoxluğu faktı təkcə yol polislərində deyil, bütövlükdə cəmiyyətdə böyük narahatlıq doğurmalı və hamını düşündürməlidir”.

V.Əsədovun fikrincə, belə bir statistika, bu sahədə təcili şəkildə zəruri tədbirlərin görülməsinə zəmin yaradır:

“Paytaxtın inzibati ərazisində yeraltı və yerüstü keçidləri, yaxud səkiləri nəzarətə götürülüb, yol polisləri tərəfindən bu məsələyə diqqət artırılıb. Təkcə son bir həftə ərzində 3574, ondan əvvəlki həftə isə 3841 piyada yol hərəkəti qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb olunub. Ümumilikdə isə ilin əvvəlindən piyadalar barəsində 89 minə yaxın inzibati protokol tərtib edilib”.

Sələf Xəbər: Uca Allah buyurur: “Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir.” (əl-Bəqərə surəsi, 195-ci ayə).

Allah təala bizə özümüzü təhlükəyə atmağı qadağan edir. Hər kəsə məlumdur ki, yol nəqliyyat hadisələrinin baş verməsinin başlıca səbəbi sürət həddinin aşılması və yol hərəkət qaydalarını bilməməkdir.
Sələf alimlərinin fətvasına görə yolda müəyyən edilmiş sürət həddini aşan insan buna görə günah daşıyır, ələlxüsus yol qəzası törədərsə mütləq şəkildə haram iş etmiş sayılır. Hətta Şeyx İbn Bəz (Allah ona rəhmət etsin) 120 km saatdan yüksək sürəti özünə qəsd olması barədə fətva vermişdi. Yol hərəkət qaydalarını bilməmək də bir növ özünü təhlükəyə atmaqdır. Ona görə də müsəlman bunu dərk etməli və bu sahədə məsiliyyətini hiss etməlidir.

Digər xəbərlər