Yol Polisinin gizli xidməti işə start verdi
879 dəfə baxılıb
Dövlət Yol Polisinin gizli xidməti işinə başladı.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.
Qurum rəsmisi sürücülərə xəbərdarlıq edərək bildirib ki, artıq bu həftədən etibarən Bakıda küçə və prospektlərdə gizli yol patrulları xidmətə başlayıb:
“Gizli patrullar xüsusi rəng qrafikası və üzərində fərqləndirici yazısı olmayan əməliyyat-xidməti nəqliyyat vasitələrində, mülki geyimdə xidmət aparırlar. Ona görə də sürücülər avtomobillə hərəkətdə olarkən diqqətli olsunlar və yol hərəkəti qaydalarına ciddi riayət etsinlər”.
Xatırladaq ki, K.Əliyev ötən həftə bildirmişdi ki, artıq Azərbaycanda qarışıq və gizli yol patrul xidmətinin tətbiqi ilə bağlı iş aparılır. Bu məqsədlə yaxın vaxtlarda ölkəyə əlavə nəqliyyat vasitələri gətiriləcək.
Sələf Xəbər: Xatırladaq ki, polis rəhbərin nümayəndəsidir və buna görə müsəlmanlar Allaha itaətsizlik olmayan hallarda polisə tabe olmağa məcburdur. Uca Allah əmr edir: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin!” (Qurani-Kərim, “Nisa” surəsi, 59-cu ayə)
Bütün sürücülərdən dövlətimiz tərəfindən qoyulmuş yol hərəkəti qanununa Allah rızası üçün əməl etməyi cağırırıq. Bu qaydalara əməl etməməkdə günah olduğu kimi, Allahın razılığı üçün əməl etməkdə heç şübhəsiz ki, savab vardır!
Uca Allah bizləri xeyrə müvəffəq etsin!