Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Yol Polisinin yollardakı vəziyyətlə bağlı xəbərdarlığı

Fevral 21
21:19 2015

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Bakının enişli-yoxuşlu yollarında, xüsusilə Yasamal rayonu ərazisində və aeroport yolunda qar yağır və duman müşahidə edilir.

“Sələf Xəbər”in Trend-ə istinadən xəbərinə görə, Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, hava şəraiti ilə əlaqədar yollarda sürüşmə ehtimalı artır: “Hazırda paytaxtın enişli-yoxuşlu yolları və sərt döngələri nəzarətə götürülüb və vəziyyətlə əlaqədar sürücülərə müraciət edərək bildiririk ki, şəxsi avtomobildən mümkün qədər az istifadə etsinlər və ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər. Hər birimiz belə havada peşəkar sürücülərin hərəkətinə şərait yaratmalıyıq. Sürücülərə yalnız texniki cəhətdən tamamilə saz vəziyyətdə olan avtomobillərdən istifadə etmələrini tövsiyə edirik”.

V.Əsədov, həmçinin, sürücülərə sürət həddini minimuma endirməyi, ara məsafəsini isə normadan artıq saxlamağı tövsiyə edib: “Əyləc sistemindən istifadə edilməsi avtomobilin sürüşüməsinə səbəb olar ki, bu da yol qəzası deməkdir. Ona görə də yol və meteoroloji şəraiti nəzərə almalarını tövsiyə edirik”.

Qeyd edək ki, Azərbaycan sinoptikləri fevralın 23-nə qədər ölkə ərazisində qeyri-sabit, qarlı, çovğunlu hava şəraitinin üstünlük təşkil edəcəyini bildiriblər.

 Sələf Xəbər: Xatırladaq ki, polis rəhbərin nümayəndəsidir və buna görə müsəlmanlar Allaha itaətsizlik olmayan hallarda polisə tabe olmağa məcburdur. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin!”. (Qurani-Kərim, “Nisa” surəsi, 59)

Digər xəbərlər