Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Yol qəzalarında 845 nəfər ölüb

Noyabr 25
16:24 2014

Cari ilin 9 ayında Azərbaycanın avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz, bu hadisələr nəticəsində zərərçəkənlərin sayı isə 10,6 faiz azalıb.

“Qafqazinfo” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanvar-sentyabr aylarında baş verən qəzalar nəticəsində 1993 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 845 nəfər həyatını itirib.

Doqquz ayda yol-hərəkəti qaydaları əleyhinə 1,7 milyon və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 59,3 faiz çox inzibati xəta qeydə alınıb. Qaydaları pozan sürücülər tərəfindən 45,5 milyon manat məbləğində cərimə ödənilib.

 Sələf Xəbər: Uca Allah buyurur: “Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!” (Qurani-Kərim, “Ənbiya” surəsi, 35-ci ayə).

“Ölüm bütün məxluqların nəsibidir. Bu bir piyalədir ki, onu hər kəs, hətta o, uzun ömür yaşasa da belə, içməlidir. Uca Allah Öz qullarını yerdə xəlq etmişdir, onlara hökmlər və qadağalar nazil etdikdən sonra isə onları xeyir və şərlə, var-dövlət və yoxsulluqla, qüdrət və alçaldılma ilə, həyat və ölümlə imtahana çəkir. Uca Allah buyurur: “Mülk Əlində Olan nə qədər xeyirxahdır. O hər şeyə qadirdir. Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır!” (Qurani Kərim, “Mülk” surəsi, 1-2-ci ayələr).

Digər xəbərlər