Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Yuta ştatı Xocalı qətliamını tanıyıb – FOTO

Mart 03
15:54 2015

ABŞ-ın Yuta ştatının Qubernatoru Qeri R. Herbert Xocalı qətliamı ilə bağlı martın 2-də məktub imzalayıb.

“Sələf Xəbər” Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan bildirilib.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə ünvanlanmış məktubda qubernator, Xocalı qətliamının 23-cü ili ilə əlaqədar bu qətliam zamanı uşaq və qadınlar da daxil olmaqla 600-dən çox insanın öldürüldüyünü bildirərək, Yutada, eləcə də, bütün dünyada yaşayan azərbaycanlılara Yuta ştatının əhalisi adından başsağlığı verdiyini qeyd edib.

Həmçinin, məktubda bildirilir ki, bu faciəvi hadisə müharibə zamanı törədilən vəhşilikləri bir daha yada salır və müxtəlif dini, irqi, etnik, milli və mədəni kimliklərə məxsus insanlar arasında daha çox qarşılıqlı anlaşmanın, ünsiyyətin və dözümlülüyün nə qədər zəruri olduğunu göstərir.

Qubernator Q.R.Herbert sonda Azərbaycan və ABŞ xalqları arasında müxtəlif körpülərin qurulması işinə verdiyi töhfələrə görə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna təşəkkür edərək, iki ölkə arasında iqtisadi, mədəni və təhsil mübadilələri sahəsindəki əlaqələrin təşviqinin təqdirəlayiq olduğunu vurğulayıb.

Qeyd edək ki, bu, Yuta Qubernatoru tərəfindən Xocalı qətliamının tanınması ilə bağlı imzalanmış ilk rəsmi sənəddir. Beləliklə, ABŞ-da Xocalı qətliamını tanıyan ştatların sayı 17-yə çatıb.

yuta_xocali_030315_01

Sələf Xəbər: Uca Allah buyurur: “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür”. (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə)

Digər xəbərlər