Yüzlərlə azərbaycanlı Qarabağda döyüşmək üçün müraciət edib
1. 018 dəfə baxılıb
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanda yüzlərlə şəxs, o cümlədən xaricdə yaşayan azərbaycanlılar könüllü olaraq cəbhədə döyüşmək üçün Müdafiə Nazirliyinə müraciət edib.
Onun sözlərinə görə, son dövrlər ictimaiyyət tərəfindən Müdafiə Nazirliyinə, Azərbaycan Silahlı Qüvvələrinə böyük dəstək var: “Orduya, cəbhə bölgəsində döyüşlərə qatılmağa can atan həddindən çox könüllü var. Müxtəlif şəhər və rayonlardan Qarabağ müharibəsi veteranları məktubla müraciət edərək ön xəttə getmək istədiklərini ifadə ediblər. Hətta xaricdə yaşayan azərbaycanlılar da Müdafiə Nazirliyinə müraciət edib orduya çağırılmalarını istəyirlər.
Təkcə Rusiyanın Komi Respublikasının Uxta şəhərindən bizə zəng edib deyirlər ki, 60 nəfər azərbaycanlı adbaad
gəlib Ordunun tərkibində döyüşmək istəyirlər. Bunların hamısı çox müsbət haldır. Amma hal-hazırda Silahlı Qüvvələrimizin buna ehtiyacı yoxdur”. Xidmətin rəhbəri onu da əlavə edib ki, digər dövlətlərdən, xüsusən
qardaş Türkiyədən, onların Silahlı Qüvvələri tərəfindən Azərbaycan Ordusuna böyük mənəvi dəstək gəlir, şəhid ailələrinə başsağlığı verilir, yaralılara şəfalar dilənir, Silahlı Qüvvələrimizlə həmrəy olduqları bildirilir.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Ehtiyatınızı əldən verməyin, (düşmənə qarşı) ya bölüklərlə, ya da hamınız birgə çıxın.” (Müqəddəs Quran, “Nisa” surəsi, 71-ci ayə).
“Uca Allah mömin qullarına düşmənlərdən qorunmağı tapşırır. Bu o deməkdir ki, onlar imkanlardan istifadə edərək onlarla döyüşə və onların təcavüzünü dəf etməyə hazırlaşmalıdırlar. Bu tədbirlər qalaların tikilməsindən, səngərlərin qazılmasından, atış təlimindən ,hərbi sənayeni inkişaf etdirməkdən, rəqibin ehtimal edilən hücum və geri çəkilmə yollarının öyrənilməsindən, onların planlarının aşkar edilməsindən və Allah yolunda qoşun səfərbərliyindən ibarətdir.
Məhz buna görə, müsəlmanlara, ya ayrı-ayrı dəstələr tərkibində qoşunların bir hissəsi ilə müharibəyə getmək, müsəlmanların digərlərinə evdə qalmaq, ya da hamılıqla birlikdə hərbi səfərlərə çıxmaq əmr olunmuşdur. Onlar elə etməlidirlər ki, öz hərəkətlərindən ən yüksək fayda əldə etsinlər, düşməni əzsinlər və müsəlmanların dinə əmin-amanlıqla etiqad etmələri üçün şərait yaratsınlar.
Bu ayə başqa bir ayəyə oxşayır: “Düşmənlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız…” (Müqəddəs Quran, “Ənfal” surəsi, 60-cı ayə). (Bax “Təfsir Əs-Saadi”).