Zaha Hədidin Bakı şəhəri üçün hazırladığı layihə, “İlin Dizaynı Mükafatına” layiq görülüb
1. 081 dəfə baxılıb
BBC News saytının verdiyi xəbərə görə, rəssam Dame Zaha Hədidin Azərbaycan paytaxtı Bakıda layihələşdirdiyi Heydər Əliyev Mərkəzi, Dizayn Muzeyinin “İlin Dizaynı Mükafatına” layiq görülüb. Mənşəcə iraqlı, Britaniya vətəndaşı olan Hədid, artıq 7-ci ildir keçirilən müsabiqədə birinci yerə layiq görülən ilk qadındır.
Heydər Əliyev Mərkəzinin zərif və dalğavari cizgiləri, Hədidin üslubunu özündə əks etdirir. Bu nominasiya üzrə əvvəlki qaliblər, London 2012 Olimpiya Oyunları Məşəlinin, Plumen lampasının və Britaniya hökumətinin gov.uk saytının yaradıcılarıdır.
Mütəxəssislər paneli, memarlıq, rəqəmsal, dəb, mebel, qrafika, məhsul və nəqliyyat vasitələri kateqoriyaları üzrə irəli sürülmüş 70 dizayn arasından qalibləri seçib.
Hakimlər həmçinin digər 6 kateqoriya üzrə də qalibləri müəyyən ediblər. Dəb kateqoriyasında Prada, nəqliyyat vasitəsi kateqoriyasında isə Volkswagen avtomobilləri qalib gəlib.
İlk sosial səsvermə kateqoriyasının qalibi, Phonbloks modulyar smartfon konsepti ilə Deyv Hekkens olub. Sosial səsvermə, bütün dünyadan dizayn sevərlərə öz sevimli dizayn nominasiyalarına səs verməyə imkan verir. Hədidin Heydər Əliyev Mərkəzi layihəsi, mükafata layiq görülən ilk memarlıq dizaynıdır.
Münsiflər heyətinin sədri, yazıçı, jurnalist və aparıcı Ekov Eşun deyib: “Gözəl, ilhamverici tikilidir, dahi istedadın açıq-aşkar tərənnümüdür və biz fikirləşdik ki, bu sənət əsəri, təqdirə layiqdir”. Hədid isə ürək sözlərini belə açıqlayıb: “İlin Dizaynı Mükafatını almağımıza çox sevinirik”.
Heydər Əliyev Mərkəzinin xarici plazasının səthi, müxtəlif ictimai tədbirlərin yer ala bilməsi üçün, qalxır və qatlanır; sanki, qonaqlara xoş gəldin deyir, onları qucaqlayır və içəri dəvət edir. Bu, bəndsiz fəzaların gerçəkliyə və şəhərdə vətəndaşlar üçün yepyeni bir məkana çevrildiyi memarlıq incisidir.
Bakıda inşa edilmiş tikili, Sovet imperiyası dövründə 1969-1982-ci illər ərzində hökumət rəhbəri və 1993-2003-cü illərdə müstəqil Azərbaycanın prezidenti olmuş Heydər Əliyevin (Allah ona rəhmət eləsin) adını daşıyır.
Mərkəzdə konfrans zalı, qalereya zalı və muzey var. Mərkəz, Bakı şəhərinin yenidən inkişafına kömək məqsədilə inşa edilmişdir.
Hədidin digər məşhur işlərinə, Səudiyyə Ərəbistanının Riyaddakı möhtəşəm metro sisteminin əsas stansiyasının dizaynı və həmçinin Tokyo 2020.
Olimpiya Parkı üçün işləyib hazırladığı dizayn daxildir. O 2010 və 2011-ci illərdə Memarlıq üzrə Sterlinq Mükafatının sahibi olub. 2004-cü ildə isə, o Pritzker Memarlıq Mükafatına layiq görülən ilk qadın olub. Hədid həmçinin, 2000-ci ildə, Londonun Serpentin Qalereyasının illik Pavilyonlarından birincisini və bir çox dünyaca məşhur tikililəri dizayn edib.
Bundan əlavə, o, London 2012 Olimpiya Parkının Akvatik Mərkəzi də daxil olmaqla, bir neçə məşhur interyer dizaynlara da imza atıb. İlin Dizaynı Mükafatı üzrə namizədliyi irəli sürülmüş bütün dizaynlar, 2014-cü il avqust ayının 25-nə qədər London Dizayn Muzeyində sərgilənəcək.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə verilən nemətlərin hamısı Allahdandır” (Müqəddəs Quran, “Nəhl” surəsi, 53-cü ayə).
İnsan bu nemətlərin qədrini bilməlidir. Eləcə də hər hansı nailiyyət qazandıqda bununla kifayətlənməyib, daha yüksək nəticələr əldə etməyə cəhd etməlidir.