Zakir Həsənov BƏƏ səfiri ilə görüşüb
Dekabr 10
14:57
2015
667 dəfə baxılıb
Dekabrın 9-da müdafiə naziri, general-polkovnik Zakir Həsənov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Ahmed Hamel Al Qubaisi ilə görüşüb.
“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə regiondakı hərbi-siyasi vəziyyət, hərbi sahədə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanda səfir olmağından məmnunluğunu ifadə edən diplomat ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.
Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Vəhdət – rəhmətin mayasıdır, təfriqə isə əzabın səbəbidir”. (“Səhih əl-Cəmi”)