Zakir Həsənov Tərtərdə
1. 312 dəfə baxılıb
Ötən gecə erməni silahlı birləşmələrinin cəbhə boyu yaşayış məntəqələrini atəşə tutması nəticəsində Tərtər rayonu ərazisində ümumilikdə 20 evə ziyan dəyib.
“Sələf Xəbər”in ATV.az-a istinadən məlumatına görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov da ziyan dəyən evlərə baxış keçirmək və rayon sakinləri ilə görüşmək üçün Tərtərə gedib. Sakinlərlə görüşən nazir tezliklə işğal altında olan torpaqlarımızın düşməndən azad olunacağını deyib: “Cənab prezidentin rəhbərliyi biz torpaqlarımızı azad edəcəyik”.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 200-cü ayə)
“Uca Allah əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur.
Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar”. (Bax: “Təfsir Əs-Saadi”)