Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Zakir Həsənovdan ordudakı korrupsionerlərə sərt mesaj

İyun 27
11:57 2014

Müdafiə naziri Zakir Həsənov orduda korrupsiya hallarına yol verənlərə sərt mesaj verib.

Nazir Zakir Həsənov deyib ki, cənab prezidentin bununla əlaqədar xüsusi tapşırıqları olub ki, “kimin əsgərin payında, dövlətin malında gözü varsa, onlara qarşı ciddi mübarizə aparılır. Bu mübarizə gələcəkdə də aparılacaq. Rütbəsindən, vəzifəsindən asılı olmayaraq, onlara qarşı ciddi mübarizə aparılacaqdır.

Nazir belə halların Silahlı Qüvvələrdə olmasından təəssüfləndiyini bildirib. Qeyd edib ki, bunun qarşısı tam alınmayıb, tam alınması da mümkün deyil, ancaq mübarizə ciddi şəkildə aparılır: “Dəfələrlə demişəm, birdən kiminsə ağlına gələr, indidən fikrindən əl çəksin. Bunun nəticələri də var. Azərbaycanda məlumat almaq çətin deyil. Hamı bir-biri ilə tanışdır”.

Mənbə: Axar.az

 Sələf Xəbər: Xatırladaq ki, rüşvətxorluq böyük günahlardan biridir, hansını ki, Uca Allah Quranda yada salır: “Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin!” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 188-ci ayə).

İmam ət-Tirmizinin rəvayət etdiyi 1336 nömrəli səhih hədisdə həmçinin bildirilir ki, rüşvət vermək və rüşvət almaq lənətlənmiş əməldir.

Digər xəbərlər