Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Zaqatala rayonunun yaşayış məntəqələrində 7 subartezian quyusu qazılmışdır

İyul 16
13:42 2014

AzərTAc xəbər verir ki, “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin (Allah onun rəhbərlik dövrünü xeyirlə uzatsın) 2014-cü il 29 yanvar tarixli Sərəncamına uyğun olaraq Zaqatala rayonunun yaşayış məntəqələrində yeni subartezian quyularının qazılmasına başlanılmışdır.

Sərəncama əsasən Zaqatala rayonunun yaşayış məntəqələrində 17 subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Rayon icra hakimiyyətindən bildirmişlər ki, cari ilin ötən dövründə Aşağı Çardaxlar, Dombabinə, Göyəm, Sumaylı, Çobankol, Aşağı və Yuxarı Tala kəndlərində 7 subartezian quyusu qazılmışdır. Bu iş digər kəndlərdə də davam etdirilir. Nəzərdə tutulan quyuların hamısı bu ilin sonunadək istifadəyə veriləcəkdir.

 Sələf Xəbər: “İçdiyiniz suyu gördünüzmü? Onu buluddan siz endirirsiniz, yoxsa Biz endiririk? Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz?” (Müqəddəs Quran, “Əl-Vaqiə” surəsi, 68-70-ci ayələr)

“Uca Allah insanlara, yanğılarını söndürdükləri içməli su haqqında düşünməyi təklif edir. Əgər O (Pak və Müqəddəs), istəməsəydi, insanlar özləri heç vaxt suyu içməli edə bilməzdilər. Əgər O (Pak və Müqəddəs), istəməsəydi, buludlardan heç vaxt yararlı yağış suyu yağmazdı. Əgər O (Pak və Müqəddəs), istəməsəydi, yer üzündə böyük və kiçik çaylar axmazdı və yerin təkindən bulaqlar fəvvarə vurmazdı. Əgər Onun mərhəməti olmasaydı, onda insanların ləzzətlə qəbul etdiyi içməli su olmazdı, bütün sular duzlu, acı, faydasız olardı. Yaxşı, bəs siz niyə bu böyük lütfkarlığına görə Uca Allaha şükür etmirsiniz?” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər