Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Zaqatala və Balakəndə güclü qasırğa infrastrukturu sıradan çıxartdı

Sentyabr 06
13:32 2014

“Sələf Xəbər” BBC Azərbaycanca-ya istinadən xəbər verir ki, Azərbaycanın şimalında yerləşən Zaqatala və Balakən rayonlarında ötən gecə güclü qasırğa və leysan nəticəsində onlarla müxtəlif təyinatlı binaların və fərdi yaşayış evlərinin dam örtüyü tamamilə dağılıb, yol infrastrukturuna ciddi ziyan dəyib, yüzlərlə ağac və elektrik dirəyi aşıb.

Zaqatala sakini, jurnalist Vüsalə Carçıyeva BBC Azərbaycancaya bildirib ki, şəhərdə 600-dən çox iri gövdəli ağac aşıb, 300-dən çox müxtəlif təyinatlı binaya ziyan dəyib: “Şəhərin özündə 120 elektrik dirəyi aşıb. Nəticədə işıq və qaz verilişi kəsilib, hələ də bərpa olunmayıb. Yollara aşmış ağaclar yığışdırılıb və hazırda ümumilikdə dəymiş ziyan hesablanılır”.

Carçıyevanın sözlərinə görə, bir neçə avtomobil yararsız vəziyyətə düşsə də, hələlik insan xəsarəti qeydə alınmayıb.

İcra hakimiyyəti: “Rayona çox ziyan dəyib”
“İnzibati binaların, Danaçı adlanan ərazidə binaların 60-70 faizinin dam örtüyü dağılıb. Əsas yollar açılsa da, kənd arası yollar bağlıdır. Hazırda ərazidə Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gəlmiş komissiyalar işləyir”, Zaqatala rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Elman Ramazanov BBC Azərbaycancaya deyib.

Onun sözlərinə görə, hazırda dəymiş ziyan çox olduğundan ümumi məbləği hesablandığından sonra dəqiq rəqəm söyləmək olar: “Məsələ ilə bağlı baş nazirinin müavini Abid Şərifova teleqram vurmuşuq. Aşmış elektrik dirəkləri ilə bağlı “Azərenerji”nin Qəbələ şöbəsinə müraciət etmişik və tikinti materialları istəmişik”.

Elektrik enerjisi bərpa olunmayıb
Cənab Ramazanov deyib ki, elektrik xətləri bərpa olunub, amma güclü leysan nəticəsində evlər nəm olduğundan elektrik enerjisini verməyə ehtiyat edirlər.

Balakən rayonunda 3 saata yaxın davam edən qasırğa və leysan yağışı elektrik, qaz və su xətlərini zədələyib.
Vüsalə Carçiyevanın sözlərinə görə, daha çox ziyan dağlıq ərazilərdə yerləşən evlərə dəyib: “8 məktəb, 7 uşaq bağçasının, 7 komunal evin və ümumilikdə 150-dən çox fərdi evə ciddi ziyan dəyib”.

İH-nin rəsmisi rayonda qasırğa olacağı haqda öncədən verilən proqnozun özünü doğrultmadığını deyir: “Demişdilər ki, saniyədə 18-23 metr sürət demişdilər. Amma bu sürətlə bu qədər dağıntı olmamalı idi. Biz bunu gözləmirdik. Bu il hava quraq keçdiyindən yağışın yağmasını istəyirdik. Amma leysanın yağması daha çox ziyan vurdu”.
Cənab Ramazanovun sözlərinə görə, indiyədək Zaqatala tarixində bu qədər güclü qasırğa olmayıb.

“İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar.”

Müqəddəs Quran, “Rum” surəsi, 41-ci ayə

Digər xəbərlər