Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Zaqatalada 155 nəfər qan verdi

Avqust 02
12:02 2014

AzərTAc xəbər verir ki, Səhiyyə Nazirliyinin 2014-cü il üçün tədbirlər planına uyğun olaraq iyulun 30-da Zaqatala Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası keçirilib.

Bu xeyirxah aksiyanın əsas məqsədi talassemiya və hemofiliyalı xəstəliklərdən əziyyət çəkən insanlara kömək etməkdir.

Qanalma prosedurasını B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının səyyar həkim briqadası icra edib.

Xəstəxanadan verilən məlumata görə, aksiyada 155 nəfər könüllüdən qan alınıb. Aksiyada rayon polis şöbəsinin, meşə mühafizəsi və bərpası müəssisəsinin, şəhər və kənd ərazi icra nümayəndəliklərinin əməkdaşları fəallıq göstəriblər.

Toplanan qan laboratoriya müayinəsindən keçirilib Mərkəzi Qan Bankına təhvil veriləcək.

“Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”.

(Müqəddəs Quran, “Bəqərə” surəsi, 215-ci ayə)

Digər xəbərlər