Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Zaqatalada güclü zəlzələ: 6 bal

İyun 30
10:05 2014

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, Azərbaycanda güclü zəlzələ baş verib. Zəlzələ iyunun 29-da saat 22.26-da Zaqataladan 14 km cənub-qərbdə qeydə alınıb.

İlkin məlumata görə, 12 km dərinlikdə baş verən zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 6.0 bala qədər hiss olunub.

 Sələf Xəbər: Bir dəfə Ənas bin Malik bir kişi ilə birgə Aişənin yanına gəldilər. Kişi soruşdu: “Möminlərin anası bizə zəlzələ haqqında danış”. O dedi: “İnsanlar zinanı halal gördükdə, sərxoş edən içkilər içdikdə və çalğı alətlərində oynadıqda Qüdrətli və İzzətli Allah səmasında qəzəblənəcək və yerə deyəcək: “Onları silkələ”. Əgər onlar tövbə edib bu əməlləri tərk etməsələr yer onları udar”. Kişi soruşdu: “Ey möminlərin anası, bu onlar üçün cəza olacaq?”. O cavab verdi: “Şübhəsiz, bu möminlər üçün xəbərdarlıq və rəhmət, lakin kafirlər üçün cəza, əzab və qəzəb nümunəsi olacaq”. Ənas dedi: “Allah Rəsulunun hədislərindən sonra heç bir rəvayət bunun kimi məndə sevinc doğurmamışdı”. (“Dərd və Dəva”. İbn əl-Qeyyim).

Digər xəbərlər