Zəlzələdə dağılan bağça üçün yeni bina verildi
871 dəfə baxılıb
“Sələf Xəbər” az.azvision.az saytına istinadən xəbər verir ki, Balakən rayonunun İsaxlıgirmə kəndində 2012-ci ilin mayında baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş körpələr evi-uşaq bağçası oktyabrın 17-dən müasir tələblərə cavab verən yeni binada fəaliyyətini davam etdirməyə başlayıb.
2012-ci ilin mayında baş vermiş zəlzələ zamanı Balakən rayonunda fərdi tikililərlə yanaşı, bir sıra sosial təyinatlı obyektlərə, o cümlədən bu bağçanın yerləşdiyi binaya da ciddi zərər dəymişdi.
Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə ayrılmış vəsait hesabına ötən il rayonun kəndlərində zəlzələdən zərər çəkmiş 3 uşaq bağçası üçün yeni binanın tikintisinə, bir bağçada isə bərpa-gücləndirilmə işlərinə başlanılıb.
Ötən müddətdə bu bağçalardan ikisi uşaqların istifadəsinə verilib. Dünən isə daha bir uşaq bağçası qapılarını balacaların üzünə açıb. 40 yerlik uşaq bağçası yeni inventar və avadanlıqla da təmin olunub.