Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Zərdabın daha 8 kəndinə təbii qaz veriləcək

Avqust 05
16:52 2014

Zərdab Rayon icra hakimiyyətinin iqtisadiyyat şöbəsindən AzərTAc-a verilən məlumatda bildirilir ki, rayonunun bütün yaşayış məntəqələrinin təbii qazla təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Bu ilin sonunadək 10 min nəfərə yaxın əhalinin yaşadığı daha 8 kəndə təbii qaz veriləcək. Artıq Hüseynxanlı və Xanməmmədli kəndlərinin qazlaşdırılması başa çatdırılıb.

Hazırda isə daha 6 kənddə – Yarməmmədbağı, Lələağacı, Pərvanlı, Məmmədqasımlı, Gödəkqobu və Qoruqbağı yaşayış məntəqələrində qaz kəmərinin çəkilişi sürətlə davam etdirilir. Bir neçə kənddə artıq bu iş başa çatdırılmaq üzrədir.

Uca Allah buyurur: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”.

(Müqəddəs Quran, “İbrahim” surəsi, 7-ci ayə)

Digər xəbərlər