Ən böyük yaddaş kartı insandadır!
3. 251 dəfə baxılıb
Huffington Post onlayn qəzetinin yaydığı məlumata görə, alimlər insanda olan DNK kodunun həcmini ölçməyi bacarıblar.
İnsanın hər bir hüceyrəsinin özül daşı hesab olunan DNK-kodu böyük bir möcüzədir. Həddən artıq qarışıq olduğuna görə bunun həcmini ölçməyin mümkünlüyünü yaxın zamanlara qədər xəyal belə etmək mümkün deyildi.
Alimlər sübut ediblər ki, insan DNK-ın həcmi 1.5 GB artıq deyil. Müqayisə üçün xatırladaq ki, bəzi elektron oyunların həcmi bəzən 40 GB-dan çox olur. Veritasium kanalı Youtube portalında alimlərin bu nəticəyə necə gəldiyini göstərən çətin riyazi hesablamalarla dolu bir film yerləşdiribdir. Məsələnin ən təəccüb doğuran tərəfi budur ki, bu 1.5 GB həcmində olan yaddaş insanın bədənini təşkil etdiyi 40 trilyon hüceyrənin hər birində mövcuddur. Bu da ümumilikdə 60 zetabayt (başqa sözlə, 60 trilyon GB ) deməkdir!
Alimlərin dediyinə görə, 2020-ci ildə bütün dünyadakı elektron məlumatların həcmi 40 zetabaytdan artıq olmayacaq. Bu da onu göstərir ki, insanda olan yaddaş kartı bütün dünyada olan yaddaş kartlarının hamısının həcmindən çoxdur!
“Qəti inananlar üçün yer üzündə dəlillər vardır. Sizin özünüzdə də (dəlillər vardır.) Məgər görmürsünüz?”(Müqəddəs Quran, “Zəriyət” surəsi, 20-21-ci ayələr)