Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

1-ci siniflərin məktəbə qəbulunda yenilik

Fevral 07
16:22 2015

Bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) valideynlərin rahatlığı, qəbul sisteminin təkmilləşdirilməsi məqsədi ilə Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin 1-ci sinfə qəbul prosesini elektron sistem vasitəsilə aparılmasını nəzərdə tutub.

“Sələf Xəbər”in Movqe.az-a istinadən verdiyi xəbərə görə, BŞTİ-dən bildiriblər ki, bu məqsədlə hazırda sistem üzərində son tamamlama işləri aparılır.

Sistemin təkmilləşməsi üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi 1-ci sinfə qəbul prosesində iştirak edən tərəflərlə görüşlərin keçirilməsinə, onların fikir və təkliflərinin öyrənilməsinə başlanılıb. Bu səbəbdən, ötən gün Bakı şəhərində yerləşən müxtəlif tipli bir sıra ümumtəhsil məktəblərinin rəhbərləri ilə görüş keçirilib, direktorlar elektron sistemlə aparılacaq qəbul haqqında məlumatlandırılıb. Görüş qarşılıqlı müzakirə şəklində keçmiş, direktorlar tərəfindən məsələ ilə bağlı müxtəlif fikir və təkliflər səsləndirilmişdir.

 Sələf Xəbər: Uca Allah buyurur: “Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin (müqayisəsiz) səxavətə malikdir. O, qələmlə (yazmağı) öyrətdi. İnsana bilmədiklərini öyrətdi.” (Qurani-Kərim, “Ələq” surəsi, 1-5-ci ayələr)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930