Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

10 ildən sonra “3D” printer kütləvi tətbiq ediləcək

Avqust 22
16:25 2014

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, həcmli çap texnologiyalarının kütləvi tətbiqinə 10 ildən çox vaxt lazım ola bilər. “Gartner” analitikləri belə hesab edirlər.

Ekspertlərin proqnozuna əsasən, “3D” texnologiyası biznes mühit və tibbi sahədə daha sürətlə tətbiq olunacaq.

2-5 il sonra “3D” çap korporativ istifadəçilər tərəfindən kifayət qədər geniş tətbiq ediləcək. “3D” çap texnologiyasının protezləmə və implantların istehsalında istifadə olunacağı gözlənilir.

Sözügedən texnologiyanın istehlak bazarına daxil olması 5-10 il vaxt alacaq.

“Hazırda dünya üzrə təxminən 40 istehsalçı biznes istifadəçiləri üçün nəzərdə tutulmuş “3D” printerlər satır. Eyni zamanda, 200-dən çox startap istehlakçılar üçün nəzərdə tutulmuş həcmli çap üçün qurğular hazırlayır və satır. Startapçılar tərəfindən hazırlanan qurğuların qiyməti bəzi hallarda bir neçə yüz dollardan başlayır, ancaq bu da belə texnikanın kütləvi tətbiqinə şərait yaratmır”, – “Gartner”in tədqiqatlar üzrə vitse-prezidenti Pit Basiler deyib.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930