Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

10 ildən sonra insanlar ağıllı evlərdə yaşayacaq

Sentyabr 11
17:11 2014

Milli.Az ICTnews-a istinadən bildirir ki, müxtəlif məişət texnikasının lokal və ya qlobal şəbəkəyə qoşulmasını nəzərdə tutan əşyaların interneti bazarı inkişaf edir. Yaxın on ildə bu bazar son dərəcə yüksək inkişaf edəcək, amma müəyyən çətinlikləri həll etmək lazımdır.

Gartner analitiklərinin proqnozuna görə, 2020-2025-ci illərdə müxtəlif cihazların qarşılıqlı əlaqəsi nəticəsində “ağıllı” evlərdə bir şəbəkə ilə birləşdirilmiş qurğuların sayı 500-ü ötəcək. Buraya işıqlandırma sistemləri, məişət texnikası, hər cür monitorinq datçikləri və təhlükəsizlik cihazları aiddir. Ekspertlərin tədqiqatına əsasən, adı çəkilən avadanlıqlar bəzi evlərdə istifadə olunur, gələcəkdə ev avtomatlaşdırmasına qeyri-adi əşyalar daxil ediləcək.

“Əşyaların interneti” layihəsini bir çox böyük elektronika istehsalçıları dəstəkləyir. Gartnerin analitikləri bildirirlər ki, Apple bu yaxın günlərdə Home Kit platformasını dəstəkləyən yeni iOS 8 əməliyyat sisteminin istifadəsinə hazırlaşır.

Analitiklər hesab edirlər ki, ev avtomatlaşdırma bazarı üçün maliyyə məsələsi problem olmayacaq, çünki datçik və müxtəlif növ uzaqdan idarəetmə sisteminin qiyməti təxminən 1 dollar təşkil edəcək. Əsas çətinlik ondan ibarətdir ki, televizor və ya soyuducu daxil olmaqla, bir çox ev texnikası tez-tez yenilənmir, buna görə ilkin mərhələdə ağıllı cihazlara keçid prosesi zəif olacaq.

Xeyli sayda cihazın bir şəbəkəyə birləşməsi simsiz kommunikasiyanın köməyi ilə ötürülən bütün məlumatları izləmək imkanını çətinləşdirəcək. Tədqiqatçılar bildiriblər ki, bu isə öz növbəsində, informasiya təhlükəsizliyi problemini yaradacaq və ağıllı məhsul istehsalçıları bu problemi həll etməli olacaqlar.

Digər xəbərlər

ARXİV

Mart 2019
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031