Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

12 illik təhsilə keçidin sənədləri hazırlanacaq

Yanvar 20
20:19 2015

Azərbaycanda 2017-2018-ci illərdə Nazirlər Kabineti və Təhsil Nazirliyi tərəfindən 12 illik ümumi təhsil sisteminə keçid mexanizminə dair təkliflər hazırlanacaq.

“Sələf Xəbər”in Trend-ə istinadən məlumatına görə, bu, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda nəzərdə tutulub.

Yeni sənədə əsasən, gələn il 12 illik ümumi təhsilin milli məzmun və qiymətləndirilmə standartları təsdiq ediləcək. 12 illik ümumi təhsilə keçidi təmin etmək məqsədilə müvafiq qanunvericilik aktlarında dəyişikliklər olunacaq.

2016-2017-ci illərdə isə Təhsil Nazirliyi tərəfindən 12 illik ümumi təhsilin səviyyələri üzrə nümunəvi fənn kurikulumları hazırlanacaq.

Bununla yanaşı, 2017-ci ildən etibarən mütəmadi olaraq tam orta təhsil səviyyəsində təhsil müəssisələri müxtəlif istiqamətlər üzrə bölünəcək.

 Sələf Xəbər: Uca Allah buyurur: “Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin (müqayisəsiz) səxavətə malikdir. O, qələmlə (yazmağı) öyrətdi. İnsana bilmədiklərini öyrətdi.” (Qurani-Kərim, “Ələq” surəsi, 1-5-ci ayələr)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930