Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

15 yaşlı azərbaycanlıdan qeyri-adi ixtira – VİDEO

Avqust 18
14:32 2015

Azərbaycanlı 15 yaşlı gənc İsmayıl Şirzadov maraqlı və qeyri-adi ixtiraya imza atıb.

“Sələf Xəbər”in AzNews.az-a istinadən məlumatına görə, gənc oğlan səsli əmrlərlə kompyuter sisteminin idarə olunmasını təmin edən proqram kəşf edib. İsmayılın sözlərinə görə, o, kompyuterə toxunmadan səslə istədiyi axtarış proqramlarına daxil ola bilir.

Videodan da göründüyü kimi, proqram açıldığı zaman istifadəçinin qarşısında onun yaradıcısı haqqında qısa məlumat verən kiçik bir pəncərə açılır. Ardınca “Proqrama keçid” bölməsinə daxil olan kimi burada sadə dizaynda olan pəncərədən istifadəçi proqramın arxa və ya ön planda işə düşməsini seçir.

Proqram dərhal işə düşür. Hər dəfə yeni pəncərə açılarkən proqram Azərbaycan dilində salamlayır. Maraqlısı odur ki, proqram arada istifadəçinin hal-əhvalını da ingilis dilində “How are you?” deyərək soruşur.

İstedadlı gəncin sözlərinə görə, o, bu proqramı, kompyuterdən gələn şualanmanın qarşısını nisbətən almaq məqsədi ilə ixtira edib. Eyni zamanda, yeni kəşfin köməkliyi ilə görmə qüsurlu şəxslər də asanlıqla istənilən sosial şəbəkələrdən istifadə edə bilərlər.

İsmayıl hazırda proqramın üzərində təkmilləşdirmə işlərini aparmaqla onun imkanlarını daha da genişləndirmək istəyir. Məktəbli tezliklə bizi daha başqa ixtirası ilə təəccübləndirmək fikrindədir.

Azərbaycanın Naxçıvan Muxtar Respublikasında yaşayan Şirzadovlar ailəsində bu ilk yenilikdir. İndiyədək ondan başqa heç kim kompyuterlə bu qədər maraqlanmayıb. İsmayıl ailənin son beşiyidir, özündən başqa, onun 22 yaşlı qardaşı və 20 yaşında bacısı var.

🎬

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031