Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

20 ildən sonra fil və kərgədanların nəsli kəsiləcək

Oktyabr 06
20:50 2014

“Sələf Xəbər” EXO-ya istinadən bildirir ki, fillər və kərgədanlar 20 il sonra yer üzündən tamamilə yox ola bilərlər. Bu barədə The Independent Britaniyalı təbiət müdafiəçilərinə istinadən yazır.

Ekspertlərin məlumatlarına görə, brakonyerlər hər il 35 min fil və mindən çox kərgədan öldürürlər. Bu fil sümüklərinə və kərgədan buynuzlarına olan tələbatın daim artması ilə bağlıdır. Bu tendensiya gələcək iyirmi ildə planetdə fil və kərgədanların kökünün kəsilməsinə gətirib çıxara bilər.

Heyvan müdafiəçiləri vəhşi heyvanlara dəstək üçün Londonda marş təşkil etmək qərarına gəlib. Aktivistlər fil və kərgədan maskalarını taxaraq Britaniya paytaxtının küçələrindən keçəcəklər. Heyvan müdafiəçiləri həmçinin fil və kərgədan sümüklərindən əşyalar istehsal edən zavodları, və bu materiallardan olan məmulatları satan mağazaları bağlamağa çağırırlar.

Bundan başqa, vəhşi təbiət müdafiəçiləri brakonyerliyə görə cəzanı sərtləşdirməyi və nəsli kəsilməkdə olan heyvan növlərinin müdafiəsi üçün təcili tədbir görməyi tələb edir.

Londonda keçiriləcək marşın təşkilatçılarından biri Mariya Mossman bildirib ki, “fil və kərgədanların nəsillərinin kəsilməsi təbiətə dağıdıcı təsir göstərə bilər”.

Ekspertlərin məlumatına görə, fillər yeni nəsil törədənə qədər brakonyerlər onları artıq öldürürlər.

 Sələf Xəbər: Uca Allah heyvanların bir ümmət olduğunu buyuran buyurur: “Yer üzündə gəzən heyvanların və (göydə) uçan iki qanadlı quşların hamısı sizin kimi ümmətlərdir. Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanılacaqlar.” (Qurani Kərim, “Ənam” surəsi, 38-ci ayə).

Başqa bir ayədə Uca Allah heyvanların da həşr olunacaqlarını bildirir: “…vəhşi heyvanlar bir yerə toplanılacağı zaman” (Qurani Kərim, “Təkvir” surəsi, 5-ci ayə).

Hədislər, heyvanlara qarşı rəhmli olanın Allah tərəfindən bağışlanacağına, qəddar rəftarın isə insanı Cəhənnəmə aparacağına işarə edir.

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Bir it quyunun ətrafında dolaşırdı, az qala susuzluqdan ölürdü, Bəni İsraildən bir pozğun qadın onu gördü, öz ayaqqabısını çıxardıb ona su verdi. Bu (əməlinə) görə o bağışlandı”. (Buxari).

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Bir qadın pişiyi ölənə qədər evdə bağladığı və ona yemək vermədiyi üçün və yaxud yerdəki həşəratlardan pişiyin yeməyinə izn və imkan vermədiyi üçün cəhənnəmə daxil oldu”. (Buxari).

Digər xəbərlər

ARXİV

May 2019
M T W T F S S
« Feb    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031