2016-cı ildən köhnə “Internet Explorer”-dən imtina olunacaq
964 dəfə baxılıb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytı “Hitech.vesti”-yə istinadən xəbər verir ki, “Microsoft” növbəti ilin əvvəlindən “Internet Explorer” (IE) brauzerinin köhnə versiyaları üçün texniki dəstəyin və təhlükəsizlik yeniləmələrinin göndərilməsini dayandırmaq niyyətini elan edib. Şirkət istifadəçiləri yeni proqram təminatına keçməyə səsləyib.
2016-cı il yanvarın 12-dən aşağıdakı əməliyyat sistemi və brauzer kombinasiyalarının dəstəklənməsi dayandırılacaq:
“Windows Vista SP2” və “Internet Explorer 9”, “Windows Server 2008 SP2” və “IE 9”, “Windows 7 SP1” və “IE 11”, “Windows Server 2008 R2 SP1” və “IE 11”, “Windows 8.1” və “IE 11”, “Windows Server 2012” və “IE 10”, “Windows Server 2012 R2” və “IE 11”.
Bu tarixdən etibarən “Microsoft” şirkəti “IE” brauzerinin sonuncudan başqa bütün versiyalarının dəstəyini dayandıracaq. “Müştərilər təhlükəsizlik və texniki dəstək yeniləmələri almaq üçün Internet Explorer 11 brauzerinə keçməlidirlər” – şirkətdən bildirilib.
“Net Applications” tədqiqat şirkətinin statistikasına görə, hazırda “IE 8” brauzeri dünyadakı kompüterlərin 21.58%-nə quraşdırılıb. 9,06% istifadəçi “IE9”, 6.26% “IE 10”, 16,78%-i isə “IE 11” brauzerindən istifadə edəcək.