2016-da bütün avtobuslarda “Vayfay” quraşdırılacaq
681 dəfə baxılıb
Bu gün “BakuBus” saytının təqdimatı keçirilib.
“Sələf Xəbər”in “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, təqdimatda bildirilib ki, sayt tam fərqli formada yığılıb: “Saytın istifadəçiləri həm də iştirakçıya çevriləcəklər. Sizə saytda dayanacaqlar, marşrut xətti üzrə hərəkət edən avtobusların yeri və çatma vaxtı göstəriləcək. Biz intervalı 3 dəqiqə nəzərdə tutmuşuq, amma yol təmiri və ya tıxac səbəbindən bir neçə dəqiqə gecikmə olarsa, sərnişin bunu da öyrənə biləcək.
Əgər sürücü hər hansı qayda pozuntusu etsə, sayta daxil olub avtobusun nömrəsini qeyd edərək həmin sürücü haqda məlumatı ala biləcək və ora öz iradını yazacaq. Əgər avtobusun sürücünün adını və avtobusun nömrəsini bilməsə də, saytda daxil olaraq GPS izləmə vasitəsilə həmin vaxt o dayanacaqda olan avtobus haqda məlumatı əldə edə biləcək.
Saytın ön səhifəsi Bakının xəritəsi üzərində yığılıb. Məzmun ön planda deyil. Xəritədə göstərilən avtobus işarəsinin üzərinə tıkladıqda həmi avtobusun nömrəsi və dayanacağa nə vaxt çatacağı da qeyd olunur. 302 avtobusumuz var, 14 marşrut üzrə hər birində təxminən 30-a yaxın avtobus istifadəyə verilib. Dekabrın 31-də avtobuslarımız gecə saat 2-yə kimi, ehtiyac olarsa saat 3-ə kimi işləyəcək”.
Saytın məlumat bölməsində jurnalistlər və ictimaiyyət üçün yeniliklər qeyd olunacaq. Avtobusların daxilinə 360 dərəcə 3D səyahət imkanı da var.
Bəzən işçiyə vəzifəsindən azad olunması öncə xəbərdarlıq olunur, bizdə isə insan həyatından söhbət getdiyi üçün xəbərdarlıq olunmadan işdən çıxarılır. Buna görə də Vakansiya bölməsində mütəmadi elan yerləşdiriləcək. Tezlikdə NIIM-in saytında da “BakuBus”ın avtobuslarını izləyə biləcəksiniz.
2016-cı ildən bütün avtobuslarımızda “Vayfay” quraşdırılacaq. Gələn ildən mütəmadi olaraq yeni marşrut xətləri üzrə avtobuslar istifadəyə veriləcək.
Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)
Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar. Allah bu ixtiraları adbaad sadalamır, çünki Müqəddəs Kitabda Allahın qullarına məlum olan əşyaların adları çəkilmişdir ki, onları mövcud olan digər oxşar əşyalarla müqayisə etmək mümkündür. Əgər Quranda bu Kitab nazil edilən zaman hələ mövcud olmayan şeylərin adı xatırlansaydı və insanlar o uzaq zamanlarda belə şeylərin bənzərini görməmiş olsaydılar, onda onlar o şeylərin heç mahiyyətini belə dərk edə bilməzdilər. Buna görə Allah ayəni geniş məna ilə nazil etmişdir ki, o, bütün məlum olan və ya naməlum məxluqları əhatə edə bilsin”.