2040-cı ildə İnternet necə dəyişə bilər?
901 dəfə baxılıb
İyirmi beş ildən sonra şəbəkə həyatımız sevindirici olacaq, yoxsa məyusedici?
“Sələf Xəbər” Milli.az-a istinadən xəbər verir ki, 1989-cu ilin martında Tim Berners-Linin yazdığı xidməti məktub nəticədə İnternetin yaranmasına gətirib çıxardı. O vaxtdan artıq dörddə bir əsr keçib. 1980-ci illərdə hiperistinadların birləşdirdiyi sənədlərin, hətta, sadə konsepsiyasını heç də hamı başa düşmürdü.
Bəs, görəsən İnternet 25 ildən sonra necə olacaq? 2040-cı ilədək nə dəyişəcək? İnternetin ixtiraçısı Tim Berners-Li bu yaxınlarda Londonda çıxış edərkən bildirib ki, bizə məxsus olan məlumatlardan yəqin nə vaxtsa, bacarıqla istifadə etməyi öyrənəcəyik. O, fikrini izah edərək deyib: “Mən elə bir dünya qurmağımızı istərdim ki, orada öz informasiyamıza nəzarət edə, ona sahib ola bilək. Biz həyatımızın müxtəlif tərəfləri, ailələrimizin və dostlarımızın həyatı barədə məlumat toplayacaq kompyuter proqramları yaratmağı öyrənəcəyik”. İş yükünün optimallaşması üçün süni intellektin tətbiq olunduğu ağıllı sistemlər daha səmərəli və sadə İnternet mühiti yaratmağa kömək göstərəcəkdir.
Bu mühitdə daha elektron poçt yığınları olmayacaq, iş təqvimləri həddindən artıq yüklənməyəcəkdir. Məlumat mübadiləsinin intensivliyinin artması ilə onların mühafizəsi sahəsində problemlər meydana çıxa bilər. Lakin Bi-bi-sinin təşkil etdiyi “Dünyanı dəyişə bilən ideyaların sammitində” iştirak edən kompyuter təhlükəsizliyi üzrə mütəxəssis Brüs Şneyer belə hesab edir ki, məxfi informasiyanın mühafizəsi ilə bağlı müasir problemlər 2040-cı ilədək aradan qaldırıla bilər .
Müasir dünyada rəqəmsal qəza üçün artıq bəzi zəmin vardır. “New York Times” qəzeti yazır ki, bu yaxınlarda İnternetin 10 ildən sonrakı vəziyyəti barədə Amerikanın “Pew Research” Tədqiqat Mərkəzinin məruzəsində “təhlükə” sözü “ümid” sözündən dörd dəfə çox işlənir.
İnternetin demokratik və hamı üçün əlyetər olması şəbəkə neytrallığının qoruyub saxlanmasını tələb edir. Tim Berners-Li deyib: “Şəbəkə neytrallığı uğrunda mübarizə aparmaq lazımdır”. Amma pessimistlər belə güman edirlər ki, uzunmüddətli perspektivdə bu neytrallığı təmin etmək mümkün olmayacaqdır. Hətta, belə bir fikir də var ki, bu sahədə göstərilən səylər artıq boşa çıxıb. Məsələn, ilin əvvəlində Vaşinqtonda Amerika Apellyasiya Məhkəməsi şəbəkə neytrallığı prinsipini rədd edib.
Nəzəriyyədə bu qərar varlı korporasiyaların pul hesabına öz İnternet xidmətlərini genişləndirməsinə və rəqiblərini sıxışdırmasına imkan verə bilər. Beləliklə, açıq İnternet şəraitində rəqabət nəinki faydalı yeniliklərə təkan edəcək, həmçinin, eqalitar dəyərləri qorumağa imkan verəcəkdir.
Lakin problemlər asanlıqla aradan qalxmayacaq. 2040-cı ildə İnternet indiki kimi olmayacaq, amma bir şeyə əmin olmaq lazımdır ki, o, həmişə insan təbiətinin bütün rəngarəngliyini əks etdirəcəkdir.
“(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?”
Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə