3D printerdə ofis ilk dəfə Dubayda çap ediləcək – FOTO
733 dəfə baxılıb
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ümumi sahəsi 185 kvadrat metr olan inzibati binanın layihə təqdimatı keçirilib. Binanın 3D çap texnologiyası üsulu ilə inşa ediləcəyi planlaşdırılır.
“Sələf Xəbər”in İslam-today.ru-ya istinadən məlumatına görə, bunun üçün inşaatçılar 6 metr hündürlüyü olan printerdən istifadə etməyi nəzərdə tuturlar. Printerin köməyi ilə mütəxəsisslər binanın müxtəlif tərkib hissələrini və interyer əşyalarını çap edəcəklər. Tərkib hissələri isə gips, beton, plastik, armaturlaşmış şüşədən hazırlanacaq.
Qeyd edək ki, 3D çap texnologiyasının inkişafı tikinti vaxtını 50-70 faiz, tikinti tullantılarını isə 30-60 faizə qədər azaltmağa imkan verir.
Layihənin Çinin WinSun Global şirkəti ilə birgə həyata keçirilməsi nəzərdə tutulub. Məhz bu şirkət ilk dəfə binaların tikintisində 3D çap texnologiyasından istifadə edib.
Xatırladaq ki, ofis binasının tikintisi Dubay şəhərində 2015-ci ilin mart ayında başlayan “Gələcəyin muzeyi” adlı layihənin bir hissəsidir.
Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)