“585” – “Daşınan şəhər telefon xidməti” istifadəyə verildi
1. 057 dəfə baxılıb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi “585” – “Daşınan şəhər telefon xidməti”ni istifadəyə verib.
“Sələf Xəbər”in AZƏRTAC-a istinadən məlumatına görə, nazirlikdən bildirilib ki, Bakı şəhər şəbəkəsi statusuna malik sabit telefonlar artıq bölgələrdə də “585” indeksi ilə eyni statusla işləyəcək və regionlardakı hər bir müştəri şəhər telefonlarından istifadə edə biləcək. Alternativi olmayan bu xidmət nəticəsində Bakı şəhər telefon nömrəsi respublika ərazisində istənilən yerə daşınacaq. Şəhərlərarası, şəbəkədaxili və simsiz telefon şəbəkəsi – CDMA ilə ödənişsiz danışıqlar aparmaq mümkün olacaq. Bununla da, daha dayanıqlı rəqəmli rabitə yaranacaq və rabitə sahəsində şəhər-kənd arasında rəqəmli uçurum aradan qaldırılacaq.
Daşınan telefonlarla respublikanın bütün (Naxçıvan MR istisna olmaqla) ərazisində bir-biri ilə limitsiz və pulsuz danışmaq mümkündür. “585” prefiksi ilə 10 min nömrə resursu ayrılıb. “585” prefiksli nömrəsi olan abunəçilər Bakı şəhərində fəaliyyət göstərən bütün sabit telefon operatorlarının şəbəkələrinə ödənişsiz zəng edə biləcəklər. Belə nömrələrdən istifadə edən abunəçilər adi qaydada internet şəbəkəsinə də qoşularaq internet və televiziya (İPTV və ya WebTV) xidmətlərindən yararlana bilərlər.