Abonentləri optik xətlərə qoşacaqlar
May 11
14:26
2015
714 dəfə baxılıb
“Aztelekom” İstehsalat Birliyi (İB) regional telekommunikasiya qovşaqlarının abonentlərini ONU (Optical Network Unit) avadanlığına qoşmağa başlayıb.
“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, bunu İstehsalat Birliyidən deyiblər.
Sumqayıt, Abşeron yarımadası, Gəncə, Zaqatala, Tərtər, Göygöl, Ağdam və Bərdədəki telekommunikasiya qovşaqlarında avadanlığın quraşdırılması üzrə montaj işləri başa çatdırılıb.
ONU avadanlığı operatora multimedia xidmətlərinin göstərilməsi üçün optikanı yaşayış binalarına çatdırmaqla provayderlər və abonentlər arasında məsafəni azaltmağa imkan verir.
Avadanlıq son istifadəçilərin abonent qurğularının mis kabel vasitəsilə optik şəbəkəyə kollektiv qoşulması üçün istifadə edilir.