Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

ABŞ-da 3D çap texnologiyası ilə dərman hazırlanacaq

Avqust 07
16:53 2015

ABŞ-ın qida məhsulları və dərmanların keyfiyyətinə sanitar nəzarət idarəsi tarixdə ilk dəfə 3D-printerin köməyi ilə hazırlanmış dərman preparatlarının istehsalına icazə verib.

“Sələf Xəbər” AZƏRTAC-a istinadən xəbər verir ki, üçölçülü printerdə çap olunmuş yeni “Spritam” adlı dərman preparatı epileptik qıcolmalara nəzarət etmək üçün nəzərdə tutulub. Ekspertlərin fikrincə, bu preparat ənənəvi dərman vasitələrindən daha təsirli ola bilər, çünki 3D-çap dozanın fərdi şəkildə seçilməsinə və aktiv elementlərin uyğunluğunun təmin olunmasına imkan verir.

Dərman qat-qat çap edilir ki, bu da onun ölçüsünün kiçilməsinə və orqanizmdə həllolma sürətinin yüksəlməsinə gətirib çıxarır.

Alimlər yaxın gələcəkdə yeni texnologiya sayəsində fərdi dərman preparatlarının hazırlanmasının mümkün olacağını bildiriblər.

Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ey Allahın qulları, müalicə olunun. Çünki Uca Allah qocalıqdan başqa dərmansız heç bir xəstəlik verməyib”. (İbn Macə)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930