Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

ABŞ-da ən iri günəş istilik elektrik stansiyası tikiləcək

Avqust 03
15:43 2015

Dünyanın ən böyük onlayn satış şirkətlərindən biri olan “Amazon” ABŞ-da ən iri günəş istilik elektrik stansiyasını (GİES) inşa etmək niyyətindədir. Stansiya 80 meqavat gücünə malik olacaq.

“Sələf Xəbər” “Report”-a istinadən xəbər verir ki, bu, Virciniya ştatında bu növdə ən iri obyekt və ABŞ-ın şərqində ən iri günəş istilik elektrik stansiyası olacaq. Stansiya ildə 170 000 meqavat/saat enerji istehsal edəcək və 15 mindən çox ev təsərrüfatlarını enerji ilə təmin edəcək.

Günəş istilik elektrik stansiyasının istifadəyə verilməsi 2016-cı ilin oktyabr ayında nəzərdə tutulur.

Sələf Xəbər: Uca Allah buyurur: “O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 12-ci ayə)
“Allah istəmişdir ki, gecə və gündüz, günəş və ay və həmçinin ulduzlar sizə xeyir versin və sizin mənafelərinizə xidmət etsin. Bu isə o deməkdir ki, siz onlarsız keçinə bilməzsiniz. Siz gecə vaxtı istirahət edir, dincəlir və yatırsınız, gündüz isə öz işlərinizin dalısınca gedərək, dünyəvi həyatınızı sahmana salmağa və dininizə fayda verməyə cəhd göstərirsiniz. Günəş və ay sizi işıq və şüaları ilə təmin edir və onların əsasında ağaclar gül açır, meyvələr yetişir, otlar və kollar boy atır, həm yerə və həm də məxluqlara ziyan vuran nəmişlik yox olur və soyuqlara son qoyulur. Yer üzündə həyatın onlarsız mümkün olmayacağı bu və çoxlu digər proseslər günəş və ayın varlığına möhtacdır. Bu iki səma cismi və habelə çoxsaylı ulduzlar göylərin yaraşığıdır və yerə qaranlıq çökəndə onlar insanlara quruda və dənizdə doğru yol göstərirlər. Onların sayəsində insanlar vaxtı dəqiq təyin edir və tarixi bilirlər. Bu məxluqlarda böyük sayda əlamətlər tapmaq olar ki, Allah onları anlayan insanlar üçün dəlillər adlandırmışdır. Belə insanlar, ağıllarını öz varlığının mənası üzərində və ətraflarında gördüklərinin, eşitdiklərinin üzərində düşünmək üçün istifadə edirlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930