ABŞ-da sürücüsüz avtomobillərin sınağı üçün süni şəhər salınıb
934 dəfə baxılıb
Miçiqan Universiteti ərazisində sürücüsüz avtomobillərin sınağı üçün nəzərdə tutulan şəhər modelinin inşası başa çatıb.
“Sələf Xəbər” Sputnik.az-a istinadən bildirir ki, 13 ha ərazidə ucaldılan bir neçə məhəllə “Mcity” adlanır və monolit tikililər olmadan bütün vacib elementləri və binaları özündə birləşdirən yol tipi qovşaqlarından ibarətdir.
2014-cü ilin yayında bünövrəsi qoyulan şəhərin məqsədi yollarda bütün yol hərəkəti qaydalarına riayət etməklə təhlükəsiz hərəkət edə bilən avtomobillərin sınağı üçün meydançanın yaradılmasıdır. O zaman layihə iştirakçısı olan “Google”, “Ford”, “General Motors” və “Toyota” şirkətlərinin nümayəndələri bildirib ki, meydançanın yaradılması sayəsində ilk sürücüsüz avtomobilin yığılmasına artıq 2021-ci ildə başlamaq mümkün olacaq.
Tədqiqatçıların qlobal məqsədi real yollara 20 min özünü idarə edən avtomobilin çıxarılması və gələcəkdə sürücüsüz nəqliyyatın ABŞ-da və digər dünya ölkələrində genişlənməsidir.
Qeyd edək ki, Miçiqan Universiteti ştatın ən qocaman və ABŞ-ın ən böyük ali məktəb ocaqlarından biridir. 2014-cü ilin əvvəlində universitet Şimali Amerika ərazisində yerləşən beş ən yaxşı ali məktəb sırasına daxil olub.