Acı bibər xərçəngə qarşı güclü vasitədir
986 dəfə baxılıb
AzərTAc-ın “Medical News Today” nəşrinə istinadən yazdığına görə, çili bibərinin acı inqrediyenti olan “kapsaitsin kolorektal” xərçəng riskini azalda bilər.
Kaliforniya Universitetindən doktor Eyal Raz müəyyən edib ki, birləşmə siçanlarda TRPV1 ağrı reseptorunu fəallaşdırır. Nəticədə həzm yolunda şişlərin inkişafının qarşısı alınır.
“Meddaily” xəbər verir ki, TRPV1 reseptoru ilk dəfə sensor neyronlarında aşkar olunub. O, hüceyrələri ətraf mühitdən daxil olan istiliklə bağlı zədələrdən, yüksək turşuluqdan və kimyəvi birləşmələrdən qoruyur. Məlum olub ki, reseptor epidermal artım faktorunu stimullaşdıran zaman bağırsağın epitelial hüceyrələri də TRPV1-ə təsir göstərir. TRPV1 bağırsaqda hüceyrələrin inkişafı üçün mühüm reseptordur.
Reseptorun siqnal fəallığı pozulanda hüceyrənin inkişafı nəzarətdən çıxır. Bu isə xərçəng riskini artırır. Lakin reseptorun təsiri şişlərin əmələ gəlməsi riskini azaltmağa imkan verir.
TRPV1 reseptoru çatışmayan siçanlarda şişlər əmələ gəlməyə başlayır. TRPV1 reseptorunu fəallaşdıran kapsaitsin xərçəngin qabağını alaraq, siçanların ömür müddətini 30 faizə qədər artırıb. İltihab əleyhinə selekoksib preparatının tətbiqi bu üsulu səmərəli edib.
“Ey Allahın qulları, müalicə olunun. Çünki Allah qocalıqdan başqa dərmansız heç bir xəstəlik verməyib” (İbn Macə).Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)