Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Ağciyərləri mikroblardan qoruyan çay

Yanvar 30
15:35 2015

Orqanizmin sağlam olması üçün düzgün nəfəs alıb-vermək çox önəmlidir. Ona görə də ağciyərlərdə yaranan problemlər orqanizmin sağlamlığını təhlükə altında qoyur.

Tənəffüs prosesi zamanı aldığımız hava qana keçir və qandan karbondioksidi xaric edir. Öskürək, xırıltı, bronxit kimi problemlər nəfəs almağı çətinləşdirir.

Ancaq bütün problemlərdən ağciyərləri və tənəffüs yollaırnı qoruyan kirpi otu (ekineziya) bitkisi sayəsində xilas ola bilərsiniz. Çünki bu bitkinin tərkibindəki maddələr ağciyərlərdə yaranan mikrobları yox edir.

“Sələf Xəbər” Tabloid.az-a istinadən bildirir ki, kirpi otunun tərkibindəki polisakkarit və alkylamides adlı maddələr ağciyərlərdə yaranan digər problemlərin də qarşısını alır.

Gündə iki dəfə, səhər və axşam olmaqla ekinezya çayı içmək qripdən və soyuqlamadan qorunmağa da kömək edir.

Kirpi otu immunitet sistemini gücləndirir. Bu da bütün xəstəliklərə qarşı müqaviməti artırır. Öskürək, xırıltı və bəlğəmdən xilas olmaq üçün gündə 1 stəkan kirpi otu çayı içmək məsləhət görülür.

Bu çayı hazırlamaq çox asandır. Kirpi otunu apteklərdə tapmaq mümkündür. Qurudulmuş kirpi otundan 1 çay qaşığı götürüb içi qaynar su ilə doldurulmuş stəkana tökün. Stəkanın ağzını nəlbəki ilə örtün. 5 dəqiqə sonra çayınızı içə bilərsiniz.

 Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır.” (Buxari)

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatından misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər isə hətta, adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930