Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Ağıllı səfər çantaları – oğurlanmır, itmir! – FOTO

May 05
19:52 2015

“Sələf Xəbər” alarabiya.net -ə istinadən bildirir ki, Samsung şirkəti Samsunayt şirkəti ilə birlikdə “Ağıllı Səfər Çantaları” hazırlamaq istiqamətində əməkdaşlıq edir.

Bu növ çantaların dünyanın hər yanında satılacağı ehtimal edilir. Hər iki şirkət “Ağıllı Çantalarını” müxtəlif məziyyətlərlə fərqləndirməyə çalışır. Belə ki, çantanın olduğu yeri müəyyən etmək, itirildikdə GPS vasitəsi ilə tapmaq mümkün olacaq.

Həmçinin ehtimal olunur ki, çantalar sahibinin mobil cihazlarına oğurluq təhlükəsi, sahibinin çox uzaqlaşması və s. bu kimi xəbərdarlıq göndərə biləcək.

Samsunayt şirkəti bu sahədə daha da irəli getməyi hədəf seçib. Belə ki, şirkət hava nəqliyyatı şirkətlərinə “Ağıllı Çanta” sahibi haqqında: çanta sahibinin ismi, çantanın çəkisi, getdiyi istiqamət və s. məlumatların ötürülməsini də təmin etmək niyyətindədir.

Samsung şirkəti isə öz növbəsində çantaların avtomatik yeriməsi istiqamətində iş aparacaq. Belə ki, çanta hava limanı daxilində öz sahibini təqib etməlidir. Hal-hazırda çantanı hərəkət etdirən qurğunun həcmi çantanın üçdə biri böyüklükdə olduğu üçün effektli hesab olunmur.

Sərnişindaşıma və texnologiya sahəsində inkişaf etmiş bəzi şirkətlər bir müddət öncə bu sahədə araşdırmalar aparırdılar. Misal olaraq BlueSmart şirkəti ilə Ober şirkətinin əməkdaşlığını qeyd etmək olar. Onlar itmiş çantanı tapmaq imkanı yaradan sistem qurmuşdular. Aerobus şirkəti də iki il öncə mobil cihazlara zəng etmək funksiyası olan çantalar kəşf etdiyini bildirmişdir.

📷

001 002 003 004 005 008

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031