Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

“Ağıllı” yoxsa “ağılsız” telefon?

Oktyabr 10
18:43 2014

“Sələf Xəbər” Wall Street Journal jurnalına istinadən, son zamanlar insanların ağıllı telefonlardan daha çox asılı olduqlarından bəhs edən bir neçə məqalə dərc edildiyini xəbər verir.

Lakin bir qrup insan hələ də Apple şirkətinə məxsus iPhone telefonu və digər şirkətlərin ağıllı telefonlarını almamağa qərarlıdır.

San Fransisco Chronicle qəzetində sadəcə danışmaq və mesajlaşmaq xassəsi olan “ağılsız” telefonlar istifadə edən, yəni smartfonlardan istifadə etməyən insanlarla bağlı bir məqalə çıxıb. Qəzetə müsahibə verən 34 yaşlı Oklendli bir qadın bildirib ki, “Bütün gün internetə bağlı qalmaq istəmirəm”.

Tamar Beja adlı qadın “Bəzən internetdə digər insanların bu barədə nə dediyini görmədən yeni bir restorana getmək istəyirəm. Ağıllı telefonunuz olanda, bir çox macəranı qaçırmış olursunuz” deyib.

Chronicle qəzetində dərc olunan məqalədə “ağılsız” telefonların digər yaxşı xassələrindən də bəhs edilir. Bunlar arasında xidmət xərclərinin aşağı olması, daha uzun batareya ömrü, böyük ehtimalla daha az stress və müvafiq olaraq gecələr daha yaxşı yuxu göstərilib. Məqalədə ağıllı telefonlardan imtina edən insanlara məxsus “ağılsız” telefonların “müasir dövrün ünsiyyət mədəniyyətinin bir hissəsi olmaqdan imtina etmək qərarını təmsil etdiyi” bildirilir.

Oxşar məqalə Washington Post qəzetində yayımlanıb. Qəzetin müxbiri Elison Sleyter Teyt iPhone və iPad-lərin müasir dövrdə uşaqlara necə təsir göstərdiyi barədə bir yazı qələmə alıb.

Teyt yazısında bir dəfə 12 yaşında uşaqlarla dolu maşının çox böyük bir gölün üzərindən keçərkən uşaqların başlarını ağıllı telefonlardan qaldırmamağından bəhs edərək şikayətlənir. Lakin, Teyt müasir texnologiya dövründə uşaq böyüdən valideynlər üçün doğru bir metodun olmadığından da narahatdır.

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930