Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Ailə büdcəsinə qənaətin 6 qızıl qaydası

Sentyabr 07
16:02 2015

İqtisadçı ekspert ailə büdcəsini necə planlaşdırılması ilə bağlı maraqlı məsləhətlərlə çıxış edib.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Feysbuk” hesabından məlumat paylaşan Qubad İbadoğlu ailə büdcəsinə qənaət etməyin bir neçə qızıl qaydasını açıqlayıb.

Ekspertin fikrincə, bu sahədə daha mütərəqqi üsul ailə xəzinəsidir:

“Ailə üzvləri xəzinəyə eyni vəsait qoyur. Bu, ailənin ümumi xərclərinə yönəldilir. Əsas məqsəd ay ərzində xərcləri həmin məbləğə uyğunlaşdırmaqdır. Yerdə qalan pullar ailə üzvlərinin şəxsi büdcələrini təşkil edir”.

Q.İbadoğlu hesab edir ki, “qənaət məsləhətləri”nin 6 qızıl qaydası var: “Ki, onlardan biri də mağazaya heç vaxt ac getməməkdir, yoxsa kassaya yaxınlaşanda səbətinizdə lazımsız və bahalı ərzaqlar görəcəksiniz.

İkinci qızıl qayda: Maaş alan gün heç bir alış-veriş etməyin. Belə günlər insan lazımsız xərcləmələr edir.

Üçüncü qızıl qayda: Qarderobda qənaət etmək üçün çoxfunksiyalı geyimlərə üstünlük verin.

Dördüncü qızıl qayda: Küçədə yolüstü xırda-xuruş almaq büdcə üçün dağıdıcı vərdişdir. Bu vərdişi tərgitmək üçün yanınızda az pul gəzdirməniz lazımdır.

Beşinci qızıl qayda: Əgər büdcə çərçivəsindən çıxmaq istəmirsinizsə, əlinizdə pula növbəti dəfə artıq bir şey almaq həvəsi yaranıbsa, bunun nə qədər vacib olduğunu düşünün.

Belə olan halda, özünüzə söz verin ki, bunu bir az gec 3-4 günə edəcəksiniz. Bu dövr ərzində ehtiraslar səngiyəcək.

Altıncı qızıl qayda: Bahalı kreditlər kasıblar üçün deyil. Odur ki, gündəlik xərclər üçün borca girmək lazım deyil. Yalnız iri alış-veriş edən zaman borc barəsində fikirləşməyə dəyər.

Maşın almaq, biznes qurmaq, təhsili davam etmək üçün və s. Hər ay kənara müəyyən məbləğ qoymaq yolu ilə ilkin məbləği toplamaq mümkündür”.

Ekspert məsləhət görür ki, gündəlik xərclərinə nəzarət edə bilməyənlər, aylıq olaraq qida, yol, xırda-xuruş üçün lazım olan məbləği müəyyənləşdirsin.

Sələf Xəbər: Uca Allah buyurur: “Ey Adəm oğulları! Məscidlərə (gedərkən) gözəl geyimlərinizi geyin. Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir”. (Qurani-Kərim, “Əraf” surəsi, 31-ci ayə)

“Uca Allah insanlara Onun məxluqlarını təmin etdiyi halal və təmiz nemətlərdən yeyib-içməyi əmr edir. Lakin bu zaman həddi aşaraq, orqanizmə zərər verə bilən çoxlu ərzaq sərf etmək və ya çox bahalı və zərif yeməli şeylər, içkilər və paltar almaq və yaxud haram məhsullardan yemək olmaz. Allah israfçı adamları sevmir, çünki israfçılıq Onun qəzəbinə səbəb olur və orqanizmə və insanın rifahına ziyan vurur və bəzi hallarda isə insanı vacib sədəqə vermək imkanından məhrum edir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930