Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Akademik: “Dilin qayğısına hamı qalmalıdır”

Mart 13
19:33 2015

“Azərbaycan dilinin orfoqrafiya lüğəti çox qüsurludur. Hazırda biz onun üzərində iş aparırıq”.

“Sələf Xəbər”in APA-ya istinadən xəbərinə görə, bunu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev saytlarda aparılmış monitorinqin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

T. Hacıyev danışıq dilində əcnəbi dilə meylin gücləndiyini bildirib: “Həmçinin danışıq dilində yenə də pərakəndəlik hökm sürur. Dilçilik institutu səhvləri tapıb, aşkarlayır. Səhvlərindən nəticə çıxarmaq əvəzinə, bunlar bəzilərinin xətrinə dəyir. Mətbuat işçiləri, o cümlədən başqaları ümumən dilimizdə olan qüsurlardan danışanda bütün günahı Dilçilik İnstitutunun üstünə atırlar. Amma dilin qayğısına hamı qalmalıdır”.

T. Hacıyev bu yaxınlarda Naxçıvan dialektoloji atlasının da çap olunacağını qeyd edib: “Bundan başqa, Qarabağ dialektoloji atlasını hazırlamağı qarşımıza məqsəd qoymuşuq”.

Sələf Xəbər: Uca Allah buyurur: “Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı (sahibinin əməlləri) barəsində sorğu-sual olunacaqdır”. (Qurani-Kərim, “İsra” surəsi, 36-cı ayə)
“Dəqiq elmlə təsdiqlənməyənə əsaslanma, yalnız əmin olduqlarını danış və et. Düşünmə ki, etdiyin əməllər unudulacaq. Və düşünmə ki, sən onlardan nə fayda, nə da ziyan görməyəcəksən. Əksinə, qulaq, gözlər və ürək sorğu-sual olunacaqlar”. (Təfsir əs-Saadi)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930