Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Alimlər sübut etdi: oruc – uzun və sağlam ömrün rəhnidir

İyun 22
20:47 2014

Keçən il ВВС telekanalı “Ye, oruc tut və çox yaşa” (Eat, Fast and Live Longer) adlı sənədli film göstərdi. Bu film doktor Maykl Moslinin (Michael Mosley) öz qarşısına ömrünü uzatmaq, cavan qalmaq və çəkisini azaltmaq kimi böyük məqsədlər qoyması barədə bəhs edir.

O, mümkün olduqca, həyatını əhəmiyyətli dərəcədə dəyişmək istəmirdi. Nəticədə isə əmin oldu ki, orucun qədim ideyası altında əslində möhkəm elmi bünövrə durur; indi o əmindir ki, arzulananı əldə etmənin və eyni zamanda qidadan həzz almağın üsulunu tapıb.

Maykl orucun təsirini öz üzərində yoxlayıb heyranedici nəticələr əldə etdi, deyə “İslam dla vsex” yazır.
Sınaq zamanı o iki istiqamətdə tədqiqatla məşğul olub: birincisi, möhkəm sağlamlığın sirlərini, ikincisi, uzunömürlülüyün sirlərini öyrənib. Onun kəşf elədiyi ilk qayda – az-az yemək və qida rasionuna diqqət yetirməkdir.

Bunun üçün o İBA-1 (insulinəbənzər boy amili) və ac qalma haqqında hər şeyi bilən bir insan tapdı. O Maykla üç gün oruc tutmağı məsləhət gördü, o belə də etdi, və təsirli nəticələr əldə etdi, həmçinin yaşla əlaqəli olan bir çox xəstəliklərə tutulma riskini azaltdı.

Lakin Maykl bununla kifayətlənməyib, özü üçün “qeyri-müntəzəm ac qalma” adlandırılan bir üsul kəşf etdi. Bu üsul müəyyən günlərdə ac qalmanı, yəni oruc günləri ilə adi qidalanma günlərini növbələndirməyi nəzərdə tutur. Bu zaman o aclığın beynin qocalması proseslərinə fövqəladə təsir etdiyini öyrəndi: testlərin siçanlar üzərində keçirilməsinə baxmayaraq, alimlər iddia edirlər ki, insanın “qeyri-müntəzəm ac qalmanın” köməyi ilə beyin xəstəlikləri riskini azaltmağa bütün şansları vardır.

Siçanların beyninin skan edilməsinin nəticələri maraqlı daha bir fakt göstərdi. Məlum oldu ki, aclıq faktiki olaraq yeni beyin hüceyrələri yaradır, beləliklə də, oruc və ac qalma əslində sizin koqnitiv qabiliyyətlərinizi artırır!
Daha sonra “5/2” pəhrizi kəşf edildi, pəhrizin qaydası belədir: beş gün həmişəki kimi qidalanma, iki gün aclıq.

Maykl da bir neçə ay ərzində belə edirdi. Nəticələr göstərdi ki, o nəinki 7 kq yaxın çəki atmış, onun bədənindəki piy yığınları da əhəmiyyətli dərəcədə azalmışdır. Onun orqanizminin İBA-1 istehsalı səviyyəsi 50% azalmış, qlükozanın səviyyəsi normallaşmış, pis xolesterinin səviyyəsi azalmış, yaxşı xolesterinin səviyyəsi isə yüksəlmişdir.

Beləliklə, Mayklın xəstəliklərə tutulma riski azaldı, bu pəhrizi davam etdiyi halda isə o ümumiyyətlə həb qəbul etməkdən çəkinə biləcəkdir.

“Allaha ən sevimli namaz Davudun (ona salam olsun) namazı və ən sevimli oruc Davudun tutduğu orucdur: O həmişə gecənin yarısını yatar, üçdə birini namazda keçirər və altıda birini yatardı. Bir gün oruc tutar o biri günü isə tutmazdı”. (Əl-Buxari)

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər

ARXİV

Dekabr 2024
M T W T F S S
« Feb    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031