Alimlər sümükləri bərpa edən dərman hazırlayıblar
777 dəfə baxılıb
Amerika alimləri sınıqların müalicəsində həkimlərə kömək edəcək nadir nanohissəciklər yaradıblar. Bu nanohissəciklər sümüklərdə bərpa prosesini xeyli sürətləndirir. Bu yenilik bioloqlara çox perspektivli görünür.
“Sələf Xəbər”in Trend-ə istinadən verdiyi məlumata görə, alimlərin ixtira etdiyi nanohissəciklər orqanizmdə hüceyrələrin bölünməsini stimullaşdıran molekulları təyinat yerinə çatdıra bilir. Bu isə o deməkdir ki, zədələr əvvəlkindən daha tez aradan qalxa bilər. Bundan başqa, bu nanohissəciklərdən başqa məqsədlər üçün də istifadə etmək nəzərdə tutulur. Məsələn, sümüklərdə aparılan cərrahiyyə əməliyyatında və ya kariyesin müalicəsində onlardan istifadə etmək mümkündür. Belə olan halda diş plombları tezliklə bəşəriyyətə gərəksiz olacaq, çünki diş özü-özünü bərpa edəcək.
Bu üsullar osteoporozdan əziyyət çəkən laboratoriya siçanları üzərində artıq istifadə olunub. Araşdırmanın nəticələri ümidvericidir. Alimlər öz ixtiralarını daha iri heyvanlarda, habelə insanlar üzərində sınaqdan keçirmək niyyətindədirlər.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ey Allahın qulları, müalicə olunun! Allah bir xəstəlik göndərmişsə, şübhəsiz, arxasınca müalicə yolunu da göstərmişdir. Bircə xəstəliyin müalicəsi yoxdur, o da qocalıqdır”. (Əbu Davud, Tibb 1; Tirmizi, Tibb 2; İbn Macə, Tibb 1)