Alimlərə görə Yer kürəsində 3 trilyon ağac var
687 dəfə baxılıb
Alimlər deyir ki, Yer kürəsində təxmini olaraq 3 trilyon ağac bitir, 15 milyard isə hər il kəsilir.
“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, bu barədə TASS agentliyi xəbər verib.
“Biz meşə sıxlığının dünya xəritəsini hazırlamışıq. Bu xəritə göstərir ki, Yer kürəsində 3,04 trilyon ağac var. Bu göstərici əvvəlkilərdən daha çoxdur”, – deyərək alimlər qeyd ediblər.
Bundan əvvəl peykdən çəkilən şəkillərə əsasən 400 milyard ağac olduğu hesab olunurdu. Lakin alimlərin Amazon çayı ətrafında mindən çox sahədə apardığı hesablamalara görə, yalnız o rayonda 390 milyard ağac olduğu öyrənilib. Buna görə də, Yer kürəsinin ağac sayını yenidən müəyyənləşdirmək qərarı verilib.
Sələf Xəbər: Uca Allah buyurur: “Yandırdığınız odu gördünüzmü? Onun ağacını siz yaradırsınız, yoxsa Biz yaradırıq? Biz onu (Cəhənnəmi) yada salmaq və müsafirlərin istifadəsi üçün yaratdıq”. (Qurani-Kərim, “Vaqiə” surəsi, 71-73-cü ayələr)
“Budur, Uca Allahın daha bir mərhəməti – onsuz Allahın məxluqları yer üzündə yaşaya bilməzdilər. Rəbb insanlara xatırladır ki, onlar tez-tez oda möhtac olurlar və bu odu onlar ağacları alışdırmaqla əldə edirlər. Axı insanlar özləri ağac yaratmağa qadir deyillər. Onları Uca Allah xəlq edir, insanlar isə bu yaşıl ağaclardan onlara zəruri olan tonqal qalayırlar. İnsanlar bu minvalla öz zəruri tələbatlarını təmin edirlər və od onlara lazım olmadıqda, onu söndürürlər.
Allah odu yaratmışdır ki, Rəbbin mərhəmətini və itaətsizlik göstərən günahkarlar üçün hazırlanmış Cəhənnəm Odunu xatırlatsın. Allah oddan insanlara yol göstərən ulduz yaratdı ki, onlara mübarək Cənnət məkanının istiqamətini göstərsin.
Bundan başqa, od uzaq səfərə çıxan insanlara böyük fayda verir, lakin Uca Allah xüsusilə səfərə çıxanları qeyd edir, çünki onlar hamıdan daha çox oda və istiliyə möhtac olurlar. Ola da bilsin ki, bunun səbəbi həm də ondadır ki, bütün yer həyatı – uzun-uzadı bir səfərdir və insanlar doğulduqları andan öz Rəbbinə doğru yola çıxırlar. Odu isə Allah yaratmışdır ki, onlar ondan bu dünyada istifadə etsinlər və ona baxaraq, Axirət həyatı haqqında düşünsünlər”. (Bax: “Təfsir Əs-Saadi”)
Dinimiz nəyinki ətraf mühiti qorumağı buyurur, həm də onu daha da yaxşılaşdırmağı insanlara tövsiyə edir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Bir müsəlman ağac və ya bitki əkib becərər, onu quş ,insan və ya heyvan yeyərsə, bu becərən kimsənin sədəqəsi sayılar”. (Buxari və Müslim)