Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Alimlərimiz dəniz suyundan qaz alan qurğu icad edib

May 24
16:33 2016

Alimlərimiz dəniz suyundan qaz alacaqlar.

Azərbaycan alimləri yanacaq qazı istehsal edən yeni qurğu ixtira ediblər.

Alimlərimiz yeni ixtiraya imza atıblar. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professor və aspirantları dəniz suyundan, yanacaq qazı alan qurğu icad edib. Üstəlik bu qurğu vasitəsi ilə alınan qaz məişətdə istifadə etdiyimiz metan qazından bir çox parametrlərinə görə üstündür.

“Sələf Xəbər” “Xəzər Xəbər”ə istinadən bildirir ki, Azərbaycan alimləri yanacaq qazı istehsal edən yeni qurğu ixtira ediblər. Ən diqqət çəkən məqam ondan ibarətdir ki, bu üsul vasitəsi ilə qaz suyun hesabına alınır. Özü də burada dəniz, suyu kimi tükənməz xammaldan istifadə edilə bilər.

Prosesə uyğun alınmış qaza şətri olaraq “Hidroqaz” adı verilib. Layihə müəlliflərinin dediyinə görə, bu qaz öz parametrlərinə əsasən məişətdə istifadə olunan “Metan” qazından daha üstündür, yəni istilikvermə qabiliyyəti 1,5 dəfə çoxdur, üztəlik ekoloji baxımından da daha təmizdir. Məsələn, “Metan” qazı ilə istər şüşəni, istərsə də alüminiumu kəsmək mümkün olmadığı halda , “Hidroqaz”la bu proses rahatlıqla həyata keçirilir.

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930