Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Alimlərimiz dilimizin yeni qrammatikasını yazdılar

Fevral 26
21:41 2015

Azərbaycan alimləri ilk dəfə olaraq Azərbaycan dilinin funksional qrammatikasını yazıblar.

“Sələf Xəbər”in Trend-ə istinadən məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin müdiri, alim, yeni qrammatikanın müəlliflərindən biri olan İsmayıl Kazımov bildirib ki, “Azərbaycan dilinin funksional qrammatikası” artıq 4 cildli kitab şəklində çap olunub.

Alimin sözlərinə görə, hazırkı qrammatikalar normativ qrammatikalar adlanır və adi, təsviri qrammatika hesab edilir. Amma dilin funksional qrammatikasında dil vahidlərinin funksional, semantik xüsusiyyətləri öyrənilir: “Dildə 15-ə yaxın funksiya var. Funksional qrammatika da nəzəri qrammatikadır, qrammatikanın bir növüdür. Bu qrammatika dil vahidlərinin hansı vəzifələri, hansı funksiyaları yerinə yetirdiklərini müəyyən edir. Funksional qrammatika qrammatikanın bir növü kimi öyrənilməlidir. Bu, türk dillərində öyrənilməyib. Dilçi alim Fəxrəddin Veysəllinin təşəbbüsü ilə yazılan bu qrammatikanı Azərbaycan dilçiliyində yeni bir istiqamət də saymaq olar”.

Qrammatikanın yazılmasında bir çox müəlliflərin iştirak etdiyini deyən İ.Kazımov qeyd edib ki, rus və ingilis dillərinin funksional qrammatikası olsa da, indiyədək Azərbaycan dilinin funksional qrammatikası yox idi.

İnstitutun şöbə müdirinin sözlərinə görə, ali məktəblərdə magistratura səviyyəsi üzrə təhsil alan tələbələr funksional qrammatikanı bir qədər yaxşı başa düşmürlər: “Ona görə də bu qrammatikanın həm bakalavr, həm də magistratura səviyyələrində tədris edilməsi yaxşı olar”.

 Sələf Xəbər: Uca Allah buyurur: “Əgər (bunu) bilmirsinizsə, zikr (kitab, elm) əhlindən soruşun!” (Qurani-Kərim, “Nəhl” surəsi, 43-cü ayə)

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031