Alimlərimiz dünya elmində yenilik etdi
1. 002 dəfə baxılıb
Akademiyanın Zoologiya İnstitunun elmi işlər üzrə direktor müavini, Biologiya üzrə elmlər doktoru Zəkəriyyə Məmmədovun verdiyi məlumata görə hörümçəyin 3 yeni növü aşkarlanıb.
“Sələf Xəbər” Modern.az-a istinadən xəbər verir ki, yeni növ hörümçəklər Biologiya üzrə fəlsəfə doktoru Natalya Sneqova tərəfindən tapılıb. Hörümçəklər otbiçən növ – Rilaena kelbajarica, Phalangium mcheidzeae, Phalangium gorbunovi adlanır. Dünya elmi üçün yenilik olan bu yeni növ hörümçəklər elm üçün təsvir də edilib. Hörümçəklərin nazik, uzun ayaqları var və ot biçən formadadırlar.
Bundan başqa, Zoologiya İnstitutunun alimləri tərəfindən Azərbaycanda ev və vəhşi heyvanlar arasında ilk dəfə parazitlərin Cryptosporidium parvum növü aşkarlanıb. Lənkəran şirin sularında ilk dəfə olaraq, Qafqaz faunası üçün 1 növ çanaqlı amöb (Difflugia microclaviformis) və Azərbaycan faunası üçün (D.corona tuberculata) növü tapılıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın…” (Qurani-Kərim, “Mücadilə” surəsi, 11-ci ayə)
“Müsəlmanların ehtiyacı olan və ümmətin rifahının asılı olduğu (tibb, kənd təsərrüfatı, sənaye və s. kimi) bu və ya digər dünyəvi elmi və ya ixtisası öyrənən və müsəlman ümmətinə xeyir gətirmək üçün onu tətbiq edən müsəlman, həmçinin, Allahın dərəcələrini ucaltdığı kəslərin sırasına daxildir.” (Səudiyyə Ərəbistanının Fətvalar üzrə Daimi Komitəsinin fətvalarından: 77/12)