Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Alimlərimiz insan səsi üzrə biometrik identifikasiyaya yenilik gətirəcəklər

Fevral 16
17:37 2015

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu insan səsi üzrə biometrik identifikasiyanın yeni metodlarını hazırlamağa başlayır.

“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, bu barədə sözügedən institutdan məlumat veriblər.

İnstitut əməkdaşlarının vəzifəsi niqt siqnalının “robust” (səs maneələrinə davamlı) xarakteristikası üzrə identifikasiyanın hazırlanmasıdır.

Xətt və yerişlə yanaşı, səs də insanın “davranış” identifikatoruna aiddir və barmaq izləri və üz cizgiləri kimi, onun ayrılmaz hissəsidir.

Qeyd edək ki, insan səsi üzrə biometrik eyniləşdirmə sisteminin praktiki tətbiqi istiqamətlərindən biri şifahi nitq üzrə kriminalistik ekspertiza sahəsidir.

 Sələf Xəbər: Uca Allah buyurur: “Mərhəmətli (Allah) Quranı öyrətdi, insanı yaratdı, ona danışmağı öyrətdi”. (Qurani-Kərim, “Rəhman” surəsi, 1-4-cü ayələr)

“Allah-Təala insanı gözəl simada xəlq etdi, onun bədəninin hissələrini mükəmməl yaratdı, bütövlükdə isə orqanizmini – güclü və nöqsansız etdi. O (Pak və Müqəddəs), onun bədənini zəruri olan şeylərlə təmin etdi, onu başqa canlı məxluqlardan, öz fikrini ifadə edə bilməsi ilə ucaltdı. Bu təkcə danışıq qabiliyyətinə deyil, həm də yazmağa da aiddir. Yazmaq və oxumaq qabiliyyəti – Allahın insana bəxş etdiyi ən böyük nemətlərindən biridir və onların sayəsində o, digər məxluqların arasında xüsusilə fərqlənir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930